Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:47

AXCP fəalı həbs edilib


AXCP fəalı Dəyanət Babayev hazırda İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasındadır.

Nəsimi rayon Məhkəməsi martın 4-də onun barəsində 10 sutka həbs cəzası qərarı verib.

Dəyanət Babayev ictimai qaydanı pozmaqda günahlandırılır. İttihama görə, AXCP fəalı martın 4-ü saat 11-də Milli Bankın qarşısında mobil telefonla bərkdən danışa-danışa gedirmiş və söyüş söyürmüş. Polis əməkdaşları ona yaxınlaşaraq ictimai asayişi pozduğuna görə irad bildirəndə, Dəyanət Babayev müqavimət göstərib və tutularaq polisə aparılıb.

Dəyanət Babayevin vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, martın 6-da Dəyanətlə görüşmək istəsə də, təcridxana rəhbərliyi istirahət gününü əsas gətirib görüşə icazə verməyib:

«Biz məntəqə sədrindən şikayət verəcəyik. Mənə qərarın surətini veriblər. Amma hadisənin əslində necə olduğunu yalnız Dəyanətlə görüşəndə öyrənə biləcəyik».

AXCP FƏALI DƏYANƏT BABAYEVƏ 10 GÜN HƏBS VERİLİB

İki gündür axtarılan AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayev tapılıb. Ona 10 gün həbs cəzası verilib. Partiya üzvləri Dəyanət Babayevin Binəqədidəki müvəqqəti saxlanma təcridxanasında olduğunu öyrəniblər. Bu barədə AzadlıqRadiosuna AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov məlumat verib:

«Dəyanət Babayevi soraqlaya-soraqlaya gedib Binəqədidəki müvəqqəti saxlanma təcridxanasından tapmışıq. Oradan öyrənmişik ki, martın 5-də ona 10 sutka iş veriblər. Ancaq nəyə görə saxlanıldığının rəsmi səbəbi bəlli deyil».

Faiq Əmirov deyir ki, bu gün Dəyanət Babayevlə görüşşə cəhd edəcəklər. Həbsin rəsmi səbəbi bəlli olan ki, onlar apellyasiya şikayəti verəcəklər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hüquqi dövlətdir. Əgər belə bir fakt varsa, axtarılan şəxsin yaxınları əlaqədar polis orqanına müraciət edib araşdırmanın nəticini gözləsinlər.

Martın 5-də AXCP Gənclər Təskilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirmişdi ki, martın 4-ü saat 12-dən Dəyanət Babayevlə əlaqə kəsilib.
«Bizim gənclərdən biri cümə günü «Facebook»da Dəyanətlə bağlı elan verib.

Azad Abdiyev adlı biri Dəyanətin internet klubda bir neçə adam tərəfindən onun yanından aparıldığını yazır. Dünən bütün günü onun telefonu bagl olub».

Əbülfəz Qurbanlı Dəyanət Babayevin siyasi fəaliyyətinə görə saxlanildığını iddia edirdi.

Dəyanət Babayev bundan əvvəl iki dəfə həbsdə olan gənc fəal Cabbar Savalanın məhkəməsinin keçirildiyi binanın qarşısında da saxlanıb.

Qeydiyyatda oldugu Neftçala polis söbəsi isə ona zəng açaraq bölməyə çağırıb.
XS
SM
MD
LG