Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:40

Ərdoğan da Qəddafini istefa verməyə çağırdı


B-2
B-2
Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan da Liviya lideri Müəmmər Qəddafini istefa verməyə çağırıb.

O deyib ki, Liviyada zorakılığa dərhal son qoyulmalıdır.

Baş nazir Qəddafini "qardaş lider və inqilab rəhbəri" adlandırsa da, deyib ki, o, hakimiyyəti xalqdan dəstəyi olan birisinə təhvil verməklə sabitlik yaratmalıdır.

***

Liviya lideri Qəddafi isə silahı yerə qoymaq niyyətində deyil. O, Qərb ölkələrinin hava zərbələrini "İslamı məhv etməyə yönələn xaç yürüşü" adlandırıb.

"Xalq öz liderini dəstəkləyir, biz qalib gələcəyik".

Dövlət televiziyası isə 1 milyondan çox insana silah paylanacağını elan edib.

***

Amerika, Britaniya və Fransa təyyarələri Liviyadakı aerodrom, hava hücumundan müdafiə qurğularını bombalayıblar.

ABŞ bildirib ki, Liviya üzərində hava məkanını bağlamaq üçün əməliyyatın ilkin mərhələsi "uğurlu olub".

Şənbə günü isə ABŞ məlumat yaymışdı ki, hərbi gəmilərdən - Liviyanın hava hücumundan müdafiə qurğularının yerləşdiyi ərazilərə 110-dan çox “Tomaqavk” raketi atıb.

Fransa isə Liviyada əməliyyatlara qoşulmaq üçün "Şarl de Qol" təyyarə daşıyan gəmisini göndərib.

Bu arada xəbər yayılıb ki, Qəddafi qüvvələrinin iki gün əvvəl Benqaziyə başladıqları hücum nəticəsində azı 94 nəfər öldürülüb.

Bunların arasında üsyançılarla yanaşı mülki şəxslər də var.

***

Röyters agentliyi xəbər verir ki, Liviya üsyançılarının pulemyotlarla təchiz edilmiş avtomobillər martın 20-də Benqazidən Əcdəbiyyə şəhərinə tərəf istiqamətlənib.
Onlar Qərb ölkələrinin hava qüvvələri Liviya diktatoru Müəmmər Qəddafinin ölkənin şərq bölgəsindəki mövqelərini bombalayandan sonra hərəkətə keçiblər.

Qəddafi qüvvələri Əcdəbiyyə şəhərini bir neçə gün qabaq üsyançılardan alıb.

BMT qətnaməsi beynəlxalq koalisiya qüvvələrinə Liviyada “dinc əhalini müdafiə etmək üçün bütün vacib addımları atmaq” mandatı verdikdən sonra Fransa təyyarələri ölkənin şərqində Qəddafi qüvvələrinə məxsus hədəfləri vurublar.

Röytersin müxbiri məhv edilmiş 14 tank, 20 BTR-in və onlarla hərbi avtomobillər görüb.

Bunlar Benqazini üsyançılardan almaq üçün göndərilmiş texnikadır.

Amerika isə bildirib ki, Liviya üzərindəki hava məkanı müvəffəqiyyətlə bağlanıb.

Röyetersin müxbiri həm də məhv edilmiş zirehli maşınların yaxınlığında meyitlər görüb.

****

Beynəlxalq kolaisiya qüvvələrinin fəal hərbi əməliyyatlara başlamasından bir neçə saat
Benqazidən qaçan bəzi yerli sakinlər Əl-Mərc şəhərinə gəlir. 19 mart 2011
sonra Muammar Gaddafi ölkədə silah anbarlarının qapısının açıldığını bildirib. Dövlət televiziyası ilə yayılan audio çıxışında Gaddafi qeyd edir ki, liviyalıların özlərini müdafiə edə bilmələri üçün onlar silahlandırılmağa başlayır.

Gaddafi xəbərdarlıq edib ki, Şimali Afrika və Aralıq Dənizi bölgəsi döyüş meydanına çevrilir.

Kolasiya qüvvələrinin zərbələri isə davam edir. Fransa hərbi təyyarələrinin ardınca ABŞ və Britaniya ordusu da Liviyadakı hədəflərə 110 raket buraxıb.

ABŞ prezidenti Barak Obama kolaisiya qüvvələrinin dəstəklənməsi üçün orduya “məhdud əməliyyatlar” aparmaq göstərişi verdiyini elan edib.

***

Pentaqondan verilən məlumata görə Muammar Gaddafi rejiminə qarşı hərbi əməliyyatlarda beş ölkə - ABŞ, Fransa, Britaniya, Kanada və İtaliya iştirak edir.

Adının çəkilməsini istəməyən ordu rəsmisi “Reuters” agentliyinə deyib ki, indi koalisiya qüvvələrinin əsas hədəfləri Liviya paytaxtı Tripoli və Misrata şəhərləri ətrafındakı hava hücumundan müdafiə sistemləridir.

O, bildirir ki, ABŞ təyyarələri tezliklə əməliyyata qoşulacaqlar. Hazırda isə 25 döyüş gəmisi, o cümlədən Tomahawk raketləri ilə silahlanmış üç sualtı qayıq Aralıq dənizində mövqe tutub. ABŞ-ın beş müşahidə təyyarəsi də ərazidədir.

***

Parisdən verilən məlumata görə Fransa təyyarələri Muammar Gaddafiyə tabe olan hərbi birliklərin zirehli texnikasını sıradan çıxarıblar. Fransa ordusu hazırda Benghazi ətrafında 20-ə yaxın təyyarəsinin olduğunu, az sonra onlara başqalarının da qoşulacağını bildirib.

Martın 19-da Gaddafi rejiminə qarşı beynəlxalq hərbi əməliyyat başlayıb.
XS
SM
MD
LG