Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Onlar Saakaşvilini mayın 25-cən devirməyi söz veriblər


Tbilisidə müxalifətin aksiyası 22 may 2011
Tbilisidə müxalifətin aksiyası 22 may 2011
Gürcüstanda hökumət əleyhinə etirazlar mayın 23-də davam edib.

Aksiyalar şənbə günündən etibarən keçirilir – etirazçılar İctimai Televiziyanın qarşısında toplaşaraq prezident Saakaşvilini istefa verməyə çağırırlar.

Onlar bildirirlər ki, Saakaşvili özünü demokrat kimi təqdim etsə də, ölkənin idarə olunmasında sovet metodlarından istifadə edir.

Etirazçılar qabaqlarına məqsəd qoyublar ki, mayın 25-ə qədər Saakaşvilinin hakimiyyətdən getməsinə nail olsunlar.

GÖZYAŞARDICI QAZ VƏ REZİN GÜLLƏLƏR

Əvvəlcə nümayişlər dinc xarakterli olsa da, bazar günü bəzi aksiyaçılar armaturlarla yol kənarlarındakı maşınları əzməyə başlayıblar.

Bundan sonra polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Etirazçılar iddia edirlər ki, onlar sadəcə saxlanıb polis maşınına salınmış yoldaşlarına kömək üçün armaturdan istifadə ediblər.

Gürcüstanın BMT-dəki keçmiş nümayəndəsi İrakli Alazaniyanın rəhbərlik etdiyi əsas müxalifət qrupları aksiyaya qoşulmayıblar.

Aksiyaçılara Saakaşvilinin qızılgül inqilabı zamanı yaxın silahdaşı olmuş Nino Burcanadze rəhbərlik edir. Daha sonra o, parlament spikeri kimi də çalışıb.

O, AzadlıqRadiosunun gürcü xidmətinə verdiyi müsahibədə deyib ki, “tarixdə heç zaman qeyri-demokratik və avtokratik hökumət hakimiyyəti seçkilər yolu ilə təhvil verməyib”. O, keçmiş Amerika prezidenti Con Kennedidən sitat gətirib:

”Dinc yolla baş verən inqilabın qarşısını alanlar – bununla zorakı inqilaba təkan vermiş olurlar”.

BURCANADZE RUSİYAYÖNÜMLÜDÜR?

Burcanadzenin Xalq Məslisi Partiyası aksiyaların keçirilməsində Gürcüstan Partiyası ilə müttəfiqdir. Gürcüstan Partiyasında da bir neçə keçmiş yüksək vəzifəli şəxs təmsil olunur. Keçmiş onbudsman Sozar Subari və milyonçu Levan Qaçeçiladze də həmin partiyanın sıralarındadır.

Əvvəllər rəqib olsalar da, aksiya zamanı Qaçeçiladze Burcanadzenin əlini sıxıb.

O bildirib ki, “ölkənin gələcəyi siyasi rəqabətdən daha vacibdir”.

2007-ci ildə müxalifətə qarşı aşırı güc işlətdiyinə görə, kəskin tənqid edilən Saakaşvili hökuməti bu dəfə aksiyanın əleyhinə heç nə bildirməyib.

Əksinə Xarici İşlər Nazirliyi bildirib ki, insanların sərbəst toplaşmaq və dinc şəkildə etirazlarını bildirmək haqqı var.
Nino Burcanadze

Saakaşvili isə Macarıstanda səfərdədir və orada rəsmi görüşlər keçirir.

Rusiya ilə yaxın münasibətləri olan Burcanadze Saakaşvilini yanlış Cənubi Osetiya siyasətində də ittiham edir. O, Gürcüstanın 2008-ci il müharibəsini Rusiyaya uduzmasının günahını da Saakaşvilidə görür.

Bu arada Gürcüstandakı etirazları ən çox işıqlandıran Rusiyanın dövlət televizyasıdır. Xüsusən də etirazçılara qarşı güc işlədilməsi qabardılır.

Amma istər Burcanadze, istərsə də Qaçeçiladze rusiyayönlü siyasətçi olmaları haqda ittihamları rədd ediblər.
XS
SM
MD
LG