Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Tunisdə islamyönlü partiya seçkini udub


Abd Elhamid Jlozi oktyabrın 24-də seçkidə qələbələrini elan edib
Abd Elhamid Jlozi oktyabrın 24-də seçkidə qələbələrini elan edib
Ennahda (İntibah Partiyası) seçki kampaniyasının təşkilatçısı Abd Elhamid Jlozi oktyabrın 24-də səslərin sayılmasına başlayandan az sonra Tunisdə tərəfdarlarının toplaşdığı izdihamda qələbələrini elan edib.

- İlk rəsmi nəticələr göstərir ki, Ennahda ilk sırada gəlir.

Həqiqətən də bu gün səslərin çoxu sayılandan sonra Ennahdanın böyük səslə irəlidə olduğu məlum olub.

Tunisdə konstitusiya məclisi bir il ərzində ölkənin yeni konstitusiyasını hazırlamalı və müvəqqəti hökuməti təyin etməlidir.

ENNAHDA DÜNYƏVİ PARTİYALARLA İTTİFAQ QURMAĞA MƏCBURDU

Amma Ennahda 217 yerin əksəriyyətinə sahib ola bilməyib, bu isə yeni müvəqqəti hökumətin formalaşdırılmasında partiyanın roluna təsir edə bilər. Yeni prezident seçkisi 2012 ya da 2013-cü ildə keçiriləcək.

Ennahda tərəfdarları Tunisin küçələrində bayram düzənləyiblər, onlar ölkənin himnini oxuyurlar.

DEMOKRATİYA QALİBİYYƏTİ

Tunisdə seçkini müşahidə etmiş Perunun keçmiş prezidenti Alejandro Toledo deyir ki, ölkə əhalisinin 90 faizinin iştirak etdiyi səsvermə azad və ədalətli keçirilib:

- Proses normal, çox şövqlü keçdi. Adamlar çox emosional idilər. Fikrimcə, istənilən nəticəyə görə artıq bir qalib var. Demokratiya qalib gəldi.

Toledo onu da deyib ki, seçkinin effekti təkcə Tunis üçün yox, ərəb inqilablarından sonra bu ay, ya il ərzində seçkiyə hazırlaşan ərəb ölkələri üçün də yaxşı nümunə olacaq:

- Bu seçkinin Yəmən, Misir, Suriya, Liviya kimi, bəlkə də digər ölkələr üçün effekti olacaq. İcazə verin deyim ki, seçki təşkilatçıları bunu fövqəladə dərəcədə yaxşı ediblər.

Tunisdə seçkilər
Tunisdə seçkilər
ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland Tunisdəki seçkini ərəb dünyasında demokratiya mərhələsi kimi qiymətləndirib:

- Bu, açıq-aydın Tunis üçün, tunislilər üçün vacib mərhələdir ki, onlar diktatura rejimindən sonra vətəndaş kimi ləyaqətlərinə hörmət edən hökumətə keçid yolunu müəyyənləşdirirlər.

SEÇKİNİ QÜSURLU SAYANLAR DA VAR

Seçki Komissiyasının yaxınlığında təxminən 50 adam oturaq etiraz aksiyası təşkil edib. Onlar iddia edirlər ki, Ennahda tərəfindən pozuntularına yol verilib.
Seçki komissiyası isə bu ittihamları rədd edir, bildirir ki, səsvermə zamanı müşahidə edilən problemlərin miqyası çox kiçik olub.

28 yaşı jurnalist Meriam Othmani narahatdır ki, İslamçılar qadın hüquqlarını məhv etsinlər. O, həmçinin deyir ki, əgər Ennahda təsis yığıncağında koalisiya qursa, diktatura geri qayıda bilər.

Ancaq siyasi ekspertlər hesab edirlər ki, Ennahda öz iradəsini həyata keçirmək üçün dünyəvi partiyalarla ittifaq yaratmağa məcbur olacaq.

TURİSTLƏRƏ ƏXLAQ QAYDALARI TƏTBİQ OLUNMAYACAQ

Ennahdaya Rachid Ghannouchin rəhbərlik edir, o, rejim əleyhinə olduğu üçün Britaniyaya sürgün edilmiş din xadimidir.

Ghannouchi kostyum və düyməsi açıq köynək geyinir, amma onun arvadı və qızı hicab taxır. Amma deyir ki, onun partiyası Tunisi şəriət əsasında idarə etmək istəmirlər, yaxud Tunisə dincəlməyə gələn milyonlarla qərbli turisti ədəb qaydalarına uyğun geyinməyə məcbur etmək niyyətində deyillər.

Ghannouchi deyir ki, o, Tunisi Türkiyə modelində olan bir ölkə kimi görmək istəyir.

Ateist dünyagörüşü ilə seçilən Proqressiv Demokratiya Partiyası seçiciləri xəbərdar etmişdi ki, əgər Ennahda hakimiyyətə gəlsə, liberal dəyərlər təhlükə altına düşə bilər.

Tunis prezidenti Ben Ali 23 illik hakimiyyətdən sonra ölkəni bürüyən etiraz aksiyalarına tab gətirməyərək yanvarın 14-də Səudiyyə Ərəbistanına qaçıb.
XS
SM
MD
LG