Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Rusiya Ermənistanda atom zavodu tikintisinə yardım edir


Rosatom dövlət nüvə enerjisi agentliyinin direktor müavini Nikolay Spassky
Rosatom dövlət nüvə enerjisi agentliyinin direktor müavini Nikolay Spassky
Rusiya Ermənistanda yeni nüvə zavodu qurmağa kömək üçün bəyan etdiyi öhdəliyini bir daha təsdiq edir, baxmayaraq ki, bu iddialı və bahalı layihəni həyata keçirmək o qədər də asan olmayacaq.

«Layihə ilə bağlı bizim üçün heç bir şübhəmiz yoxdur. Biz nəinki bu işə hazırıq, biz hətta maliyyə paketinin hazırlanmasında da iştirak etmək istəyirik», Rusiyanın Rosatom dövlət nüvə enerjisi agentliyinin direktor müavini Nikolay Spassky bu barədə Yerevanda deyib.

Yeni zavod Ermənistanın təxminən 40 faizini elektrik enerjisi ilə təmin edən Metsamor atom elektrik stansiyasında sovet dövründən qalan nüvə qurğusunu əvəz edəcək. 2017-ci ildə Ermənistan hökuməti yeni zavodun tikintisini tamamlamağı və Metsamor stansiyasının bağlanacağını vəd edir.

Lakin bəzi göstəricilər işarə edir ki, zavodun istismara verilmə prosesi bir neçə il gecikəcək.
Yeni zavodun tikintisi üçün lazım olan xərclərin indiyə qədər təxminən 5 milyard dollara qaldırması hökumətin uğursuzluğunu əks etdirir. Rusiya rəsmiləri deyir ki, Rusiya hökuməti və enerji şirkətləri tələb olunan investisiyaların beşdə birini qoya bilər.

MEDVEDEV: «BİZ BU PROYEKT ÜZƏRİNDƏ MÜZAKİRƏLƏRİ DAVAM ETDİRİRİK»

Rusiya prezidenti Dmitri Medvedev və ermənistanlı həmkarı Serj Sarkisyan
Rusiya prezidenti Dmitri Medvedev və ermənistanlı həmkarı Serj Sarkisyan
Rusiya prezidenti Dmitri Medvedev bazar ertəsi Kremlə səfər etmiş ermənistanlı həmkarı Serj Sarkisyanla danışıqlardan sonra bu məsələ ilə bağlı fikrini açıqlayıb:

«Açıq desək, bu layihə heç də ucuz başa gələn bir iş olmadığı üçün böyük stimul tələb edir, xüsusilə də bu gün atom enerjisinə artan (təhlükəsizlik) tələbləri nəzərə alsaq... Amma biz bu proyekt üzərində müzakirələri davam etdiririk və mən ümid edirəm ki, biz atom enerjisi sferasında əməkdaşlığımızı inkişaf etdirmək üçün optimal sxemlər işləyəcəyik».

«Bu sadə bir layihə deyil və çox çətin şəraitdə bir sıra aydınlaşdırmalar tələb edir», Nikolay Spasski Yerevanda postsovet ölkələrinin əsas atom enerjisi rəsmilərinin toplantısından sonra jurnalistlərə deyib. O, hələ də təkid edir ki, Moskvanın Ermənistanın bu layihəsinə yanaşması «ümidvericidir».

Rusiya və Ermənistan hökumətləri 2009-cu ilin sonlarında yeni zavodun reaktor binasının tikintisini həvalə etdikləri birgə müəssisə yaradıb. Onlar həmçinin 2010-cu ilin avqust ayında Medvedev Ermənistana səfər edən zaman bu layihənin reallaşdırılması üçün «texniki və maliyyə dəstəyi» ilə bağlı razılaşma imzalayıblar.

ABŞ VƏ FRANSA METSAMORUN ƏVƏZ OLUNMASINDA MARAQLIDI

Metsamor atom elektrik stansiyası
Metsamor atom elektrik stansiyası
Fransa prezidenti Nikolas Sarkozy də oktyabrın əvvəlində Yerevana gələndə bu mövzunu Sarkisyan ilə müzakirə edib. Danışıqlardan sonra Sarkozy Fransa mütəxəssislərindən ibarət komanda «Ermənistana atom enerjisi sferasında kömək etmək üçün» 2011-ci ilin sonunda Cənubi Qafqaza səfər edəcək.

«Bu çox yaxşıdır ki, Fransa Ermənistanda enerji sahəsində işləməyi, xüsusilə yeni atom elektrik stansiyasının tikintisi üzərində çalışmağı arzulayır», Sarkisyan açıqlamasında bildirib.

Birləşmiş Ştatlar da Metsamorun Qərb təhlükəsizlik standartlarına cavab verən müasir layihə ilə əvəz olunması ideyasına maraq göstərib. Dövlət departamentinin yüksək rəsmilərindən biri 2010-cu ilin noyabr ayında demişdi ki, Vaşinqton ümid edir ki, ABŞ kompaniyaları da planlaşdırılan tikinti işində iştirak edəcəklər.

«Metsamor» AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan Spitak zəlzələsindən sonra «Metsamor»un işi dayandırılıb. Lakin 1995-ci ildə beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da buraxılıb
XS
SM
MD
LG