Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

Catherine Ashton: «İnsan hüquqları bizim üçün müstəsna əhəmiyyət daşıyır»


Catherine Ashton insan haqları haqda
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

Azərbaycan XİN-də mətbuat konfrasnı. Bakı. 15 noyabr 2011

Noyabrın 15-də Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Catherine Ashton Azərbaycana gəlib.
Xanım Catherine Ashton xarici işlər naziri Elmar Məmmədyarovla 1 saatlıq görüşdən sonra jurnalistlərin qarşısına çıxıb.
«İNKİŞAF İNSANI VALEH EDİR»
Avropa Birliyi komissarı əvvəlcə Azərbaycanda müşahidə etdiyi inkişafdan heyrətləndiyini dilə gətirib:
«Hava limanından başlayaraq bütün şəhər üzrə geniş miqyaslı inkişaf insanı valeh edir. Bayaq nazirə «Eurovision» mahnı müsabiqəsi ilə bağlı da öz təbriklərimi çatdırdım. Eyni zamanda mən əminəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında çox nüfuzlu və önəmli bir üzvə çevriləcək».
Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, Catherine Ashtonla görüşdə ona Qarabağ problemində indiki vəziyyət barədə məlumat verib. Görüşdə həmçinin enerji təhlükəsizliyi də müzakirə olunub.
«BİZİM TƏLƏBLƏRİMİZ MARAQLARIMIZA UYĞUNLAŞDIRILMALIDIR»
Xanım Ashton da əlavə edib ki, Azərbaycan AB üçün enerji məsələləri baxımından çox mühüm bir tərəfdaşdır:
«Azərbaycanla Avropa arasında olan münasibətlərin dərinləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. Cənab nazirə də qeyd etdim ki, bizim tələblərimiz də maraqlarımıza uyğunlaşdırılmalıdır. Azərbaycan regionda, indi isə Təhlükəsizlik Şurasında getdikcə nüfuzunu artıran bir dövlətdir».
İNSAN HAQQLARI MÜSTƏSNA ƏHƏMİYYƏTİ
Avropa Birliyi təmsilçisinin Bakıya səfərindən bir gün öncə Müsavat Gənclər Təşkilatı ona müraciət yollayaraq, xanım Ashtonu Azərbaycandakı siyasi məhbuslarla görüşməyə çağırırdı. Mətbuat konfransında bu müraciətlə bağlı suala cavab verən Catherine Ashton ondan xəbərsiz olduğunu açıqladı. Qeyd etdi ki, bütün fəaliyyəti boyu insan hüquqları mövzusuna xüsusi önəm verib:
«İnsan hüquqları bizim üçün müstəsna əhəmiyyət daşıyıb. Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil olan ölkələrə gəldikdə isə bu, mühüm əhəmiyyət daşıyır. Cənab nazir həm şəxsən mənim, həm də Avropa Birliyinin bu barədə mövqeyindən çox gözəl xəbərdardır».
C. Ashton Dağlıq Qarabağ probleminin həlli barədə də danışıb. O qeyd edib ki, Avropa Birliyi Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.
XS
SM
MD
LG