Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:29

«Metropoliten qiymət artımı üçün Tarif Şurasına müraciət etməyib»


Qatarlar
Qatarlar
Həmsöhbətimiz Bakı metropolitenin rəisi Tağı Əhmədovun köməkçisi Məmməd Bayramovdur.

- Məmməd müəllim, bir az əvvəl gənclər metroda gediş haqqının artırılmasına etiraz olaraq aksiya keçirdilər. Qiymət artımı ilə bağlı adamlar arasında narazılıq var. Metropolitendə bu narazılıqlara münasibət necədir?

- Siz müxbirsiz, bu şeyləri bizdən yaxşı bilirsiniz, metropoliten qiymət artırmır. Metropoliten əmrə tabe təşkilatdır. Tarif (qiymət) Şurası 5 qəpik artırıb, biz də sərnişin daşıyanıq. İcraedici orqanıq, biz əmr vermirik.

- Tarif Şurasına metropoliten müraciət etməyib ki?

- Metropolitenin heç bir müraciəti olmayıb.

- Onda Tarif Şurası sizin müraciətiniz olmadan belə bir qərar qəbul edib?

- Bir sərnişinin metroda daşınması 47 qəpiyə başa gəlir. Tarif Şurası da fikirləşir ki, 47 qəpiyin 32 qəpiyini dövlət nə vaxta qədər ödəyəcək.

- Bu o deməkdir ki, bu artım son qiymət artımı deyil?

- Mən bu barədə bir şey deyə bilmərəm. Mən nə Tarif Şurasında işləyirəm, nə də ora müraciət etmişəm...

- Məmməd müəllim, adamların etirazını, narazılığınızı haqlı sayırsınızmı?

- Düşünmürəm ki, adamlar bu məsələdə haqlıdır. Bilirsiniz, 5 qəpik artım göz qabağında olan nəqliyyat növündədir, narazılıq da bununla bağlıdır. Bazarda birdən-birə ət 2-3 manat bahalaşır, amma heç kim ona etiraz etmir. İndi adamlar narazılıq edir. Mənim də elə bir imkanım yoxdur ki, bu narazılığı saxlamaq üçün nə isə edim. Dövlət elə məsləhət görüb artırıblar.

- Məmməd müəllim, gənclər qiymət artımına etiraz etdi və iki nəfəri də polis saxladı. Dekabrın 2-si və 3-də metrodan istifadə etməməklə bağlı kampaniya da başlayıb?

- Mən indi eşitdim ki, aşağıda, bu ətrafda adamlar yığışıblar. Bunlar dövlətçilik əleyhinə gedən adamlardır.

- Niyə belə hesab edirsiniz?

- Dövlət belə məsləhət bilibsə, qiyməti qaldırıbsa, biz ona nə edə bilərik ki?..

- Adamların narazılığı Metropolitendə müzakirə edilməyib ki?

- Metropoliten icraedici qurumdur, etiraz edib nə edə bilər ki...
XS
SM
MD
LG