Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:41

«Eurovision-2012»nin keçirilməsi üçün Bakıda 3 yer hazırlanır


Adil Kərimli
Adil Kərimli
«Azərbaycan «Eurovision»un ev sahibliyinə tam hazırdır».

«Eurovision-2012»nin icraçı prodüseri Adil Kərimli AzadlıqRadiosuna müsahibəsində belə deyib. O qeyd edib ki, gündəmdə olan əsas məsələ müsabiqənin harada keçirilməsidir:

««Eurovision 2012» mahnı müsabiqəsinə çox gərgin və qızğın hazırlıqlar gedir. İşlərin sürətini Avropa Yayımları Birliyi, avropalı mütəxəssislər yüksək qiymətləndirirlər. Müsabiqənin keçirilməsi üçün 3 məkan nəzərdən keçirilir. Həmin məkanlardan Heydər Əliyev adına İdman-Konsert Kompleksi tam hazırdır. Təbii ki, bu müsabiqəni daha yüksək səviyyədə keçirmək, Avropa tamaşaçısının zövqünü oxşamaq üçün alternativ məkanlar da var. Bunlar Bayraq Meydanı ərazisində hazırda inşa olunan «Baku Cristal» zalı və yenidənqurma işləri aparılan Tofiq Bəhramov adına stadiondur».

Adil Kərimli deyir ki, Avropa Yayımları Birliyinin səlahiyyətli şəxslərinin rəyi əsasında bu məkanlardan birində müsabiqə keçiriləcək.

İcraçı prodüser bildirir ki, Bakı qonaqları qəbul etməyə tam hazırdır. O deyir ki, paytaxtda aparılan infrastruktur layihələrinin icrası, ümumiyyətlə, Avropa Yayımları Birliyinin qoyduğu standartlara uyğun tədbirlər yüksək səviyyədə davam etdirilir.

Adil Kərimli «Eurovision» müsabiqəsi ilə əlaqədar Azərbaycanda aparılan «Azad musiqi azad olmayan ölkədə» kampaniyasına münasibət bildirməyib:

«Bu, siyasi sualdır. Bu, mənim səlahiyyətimdə deyil».
XS
SM
MD
LG