Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

«Putin, get»


«Путин уходи» (Putin, get) sözləri yazılmış banner
«Путин уходи» (Putin, get) sözləri yazılmış banner
Rusiya müxalifəti Moskvanın mərkəzində qeyri-adi aksiya keçirib. Fevralın 1-də Kreml ilə üzbəüz yerləşən binalardan birinin damından «Путин уходи» (Putin, get) sözləri yazılmış nəhəng banner qaldırıblar.

Rusiya baş naziri Vladimir Putinin başı və üstündən çal-çarpaz çəkilən xəttlər əks olunan plakat bir-neçə saat binadan asılı qalıb.

Bannerin üzərində Boris Nemtsovun lideri olduğu «Solidarnost» müxalifət hərakatının logosu da olub.

«Solidarnost» fəalları deyiblər ki, Kremlin rəhbəri Putindir və məhz buna görə onlar Putini hədəf alıblar.

«Ölkəni idarə edən, siyasi rəqabəti məhv edən Putindir»- siyasi aktivist İlya Yaşin öz bloqunda hadisəyə münasibət bildirərkən belə yazıb.

Radio-televiziya və yazılı media sərt dövlət nəzarətində olduğu üçün Rusiyada internet müxalifət fəallarının əsas platformasına çevrilib. Fevralın 4-ə təyin olunan mitinqərəfəsində sosial şəbəkələrdə onların fəallığı daha da artıb.

Müxalifətçilər Dövlət Dumasına keçirilən seçkilərə etiraz edirlər. Bir sıra müxalifət partiyaları qeydə alınmadıqları və seçkilərdən kənarda qaldıqları üçün seçkiləri qanunsuz sayırlar.
XS
SM
MD
LG