Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:55

İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb


İran bayrağı
İran bayrağı
İranın Azərbaycandakı səfirliyi mayın 11-i16-da səfirlik qarşısında keçirilən aksiyalar barədə bəyanat yayıb.

Media forum saytının məlumatına görə, bəyanatda mayın 11-i gənclərin aksiyası zamanı dini lider Ayətullah Xamneyinin təhqir edildiyi iddia olunur:

«Bu aksiya sifariş olmaqla yanaşı regionda Qərb və sionist dairələrin yaratdığı antiislam cərəyanları ilə əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır. Dünyanın digər yerində «Qurani-Kərim»in dinsiz ekstremistlər tərəfindən yandırıldığı bir zamanda müsəlman və şiə ölkəsi Azərbaycanda dünya şiələrinin rəhbərinin, vilayəti fəqihin ünvanına təhqiredici ifadələrin söylənilməsi təəssüf hissi doğurur».

SƏFİRLİK AKSİYA TƏŞKİLATÇILARINI XƏBƏRDARLIQ EDİB

Bəyanatda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası dövləti bu kimi təhqirlərə dərhal reaksiyasını bildirməli və onun iştirakçıların cəzalandırmalıdır:

«Gözləntilərə rəğmən aidiyyəti məsul şəxslərin növbəti ehtiyatsızlıq edərək bu nümayəndəliyin binası önündə 16 may tarixində növbəti aksiyanın keçirilməsinə imkan vermələri təəssüf hissi doğurur. Qondarma bəhanələrlə atılan bu kimi addımlar Qərbin və çökməkdə olan sionist rejimə canfəşanlıqla xidmət etmək istiqamətindədir. Azərbaycan Respublikasının zəkalı və düşüncəli xalqı, eləcə də dünyadakı qeyrətli azərbaycanlılar islamla düşmənçilik, işğal prosesinin uzanması və Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl vurulması ardınca olan xain dairələrin planlarından agahdırlar».

Mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. «İrana ar olsun», «İslam belə olmur», «İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir», «İranda 35 milyon azərbaycanlının hüquqları pozulur» və sair şüarlar səsləndiriblər. Mayın 16-da isə Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzi aksiya keçirib. Siyasi şüarlar səsləndirən aksiya iştirakçıları İranı Azərbaycana qarşı təxribatlara son qoymağa və həbs olunmuş fəalları azad etməyə çağırıblar.
XS
SM
MD
LG