Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

Nigar Köçərli: “Münsiflərdən biri bu il mənə çoxlu pul təklif etdi”


Nigar Köçərli: “Münsiflərdən biri bu il mənə pul təklif etdi”
Gözlə

No media source currently available

0:00 0:55:05 0:00
Direct-ə keçid

Nigar Köçərli: “Münsiflərdən biri bu il mənə pul təklif etdi”

-

“Əminəm ki, yenə qalmaqal olacaq. Həmişə qorxduğum yəqin bu il baş verəcək, münsiflərdən kimsə heyəti əvvəldən tərk edəcək. Bax, bu cür şeylər olacaq mütləq”.


Milli Kitab Mükafatının təşkilatçısı Nigar Köçərli Azadlıq Radiosunun “Pen klub” proqramında dinləyicilərin suallarına cavab verib. DİNLƏ


“MÜNSİFLƏR ARASINDA BÖYÜK DAVALAR GEDİR”

- Münsiflər Heyəti ilə bağlı məsələ çətindir. Misal üçün, münsiflər arasında Əkrəm Əylislinin orda olmasına etirazlar var. Əslində hər il münsiflər arasında gizli, böyük davalar gedir, kimsə kiməsə etiraz edir, çıxacağını deyir. Bu cür söhbət indi də gedir. Əminəm ki, yenə qalmaqal olacaq. Həmişə qorxduğum yəqin bu il baş verəcək,
Nigar Köçərli
Nigar Köçərli
münsiflərdən kimsə heyəti əvvəldən tərk edəcək. Bax, bu cür şeylər olacaq mütləq. Mən demirəm ki, bu bizim planımızda var. Sadəcə, bilirəm, bu prosesi izləyirəm. Amma bu insanlara hörmətlə yanaşıram, onların iradlarını, etirazlarını başa düşürəm.

- Bunu bilə-bilə də onları Münsiflər Heyətinə cəlb edirsiz? Niyə?

- Onlar bizim cəmiyyətin ən parlaq, nüfuzlu insanlarıdır. Onlar olmasın, bəs kim olsun? Mənə şou lazım deyil. Sadəcə, vəziyyət belədir.

“ELXAN QARAQAN BUNLARDA, SADƏCƏ, QICIQ YARADIR”

- Mənim üçün böyük sürpriz oldu ki, bizim Facebook səhifəmizdə Elxan Qaraqanın münsif seçilməsinə qarşı çoxlu etirazlar oldu. Həmin etiraz edənlər heç bir təşkilatın üzvü deyillər. Sadəcə, Elxan özü bunlarda qıcıq yaradır. Ona qarşı həmişə qıcıq var. Bu da normaldır. Olsun da... Kimsə deyəcək ki, mən Pərvizin yazısında o qədər səhv tapdım, o niyə münsifdir? Normal praktikadır. Yəni münsiflərdə də hamı bir-birinə qarşıdır, hamı bir-birindən narazıdır.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
“MÜNSİFLƏRDƏN BİRİ MƏNƏ BU İL PUL TƏKLİF ETDİ”

- Ötən il bir yazıçı özünü o qədər tapşırtmışdı, özü də elə səviyyələrdə tapşırtmışdı ki, hətta nazirlər səviyyəsində münsiflərə zəng gəlib, deputatlar zəng vurub. Münsiflərdən kimsə bu haqda gülə-gülə, kimsə narazılıqla danışırdı...

Münsiflərdən biri bu il mənə pul təklif etdi, dedi ki, “Bakcell” (müsabiqənin baş sponsoru – red.) lazım deyil, özüm təşkil edəcəyəm müsabiqəni, bircə məni qatmayın münsiflərə. Soruşdum ki, niyə belə. O da dedi ki, bir yazıçı özünü hər kəsə tapşırdırdı, amma qalib gəlmədi, bundan sonra ciddi problemlərim oldu...

PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ
XS
SM
MD
LG