Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

«Binə» aksiyasında saxlananlara 2 aylıq həbs verildi [Video]


«Binə» aksiyasında saxlananlar məhkəmə qarşısında
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

«Binə» aksiyasında saxlananlar məhkəmə qarşısında

-
Yanvarın 21-də Səbail rayon məhkəməsində «Binə» Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə saxlanan 10 nəfər haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Bu haqda AzadlıqRadiosuna ittiham olunanlardan biri – Elnur Əliyevin vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bu günkü məhkəməni biabırçılıq adlandırıb: «Söhbət həbs-qəti imkan tədbirindən getmir. Həbs-qəti imkan tədbiri cinayət etmiş şəxs haqda seçilməlidir. Müdafiə etdiyim Elnur Vəliyevin hadisəyə aidiyyatı olub-olmaması müəyyən olunmayıb. O, deyir ki, mən, dönər almağa çıxmışdım, tutdular gətirdilər. Ancaq barəsində həbs-qəti imkan tədbiri seçilib. Dedim ki, sübut təqdim edin. Deyirlər ki, lazım gəlsə, təqdim edərik».

Saxlananlar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

AKSİYADA SAXLANANLARIN MƏHKƏMƏSİDİR

Yanvarın 19-da «Binə» Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə saxlanan 10 nəfər Səbayel Rayon Məhkəməsinə gətirilib.

Proses qapalı keçirilir.

«BİNƏ»DƏ AKSİYA ZAMANI SAXLANANLARIN ADLARI AÇIQLANIB

Yanvarın 19-da «Binə» Ticarət Mərkəzində keçirilən aksiya zamanı saxlanılaraq məhkəmə qarşına çıxarılan şəxslərin sayı məlum olub.

APA-nın məlumatına görə, həmin iş üzrə yanvarın 21-i 10 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşına çıxarılacaq.

Bunlar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət KişiyevVaqif İbrahimovdur. Onların barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.

Aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər.

Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
XS
SM
MD
LG