Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:42

DİN Hafiz Hacıyevə xəbərdarlıq edildiyini deyir


Hafiz Hacıyev
Hafiz Hacıyev
-

Daxili İşlər Nazirliyi Hafiz Hacıyevə xəbərdarlıq edib.

Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov məlumat verib.

Onun sözlərinə görə, mətbuatda yazıçı Əkrəm Əylislinin sağlamlığına zərər yetirməsi barədə etdiyi çağırışla əlaqədar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fevralın 12-də Daxili İşlər Nazirliyinə dəvət olunub:

«Ona cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri izah olunub və baş verə biləcək hər hansı qanunazidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi xəbərdarlıq edilib».

HAFİZ HACIYEV DİN-Ə ÇAĞIRILMASINI TƏKZİB EDİR

Hafiz Hacıyev isə DİN-ə çağırılması və ona xəbərdarlıq olunması barədə məlumatları təkzib edir. AzadlıqRadiosuna müsahibəsində o deyib ki, Əkrəm Əylisli ilə bağlı bir neçə gün əvvəl qəbul etdikləri qərarı ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatından və partiyanın Ağsaqqallar Şurasının müraciətindən sonra ləğv ediblər.

Bir neçə gün əvvəl Hafiz Hacıyev bəyan etmişdi ki, partiya «Daş yuxular» romanına görə, Əkrəm Əylislinin qulağının kəsilməsi və bu işi icra edənlərə 10 min manat mükafat təyin edilməsi barədə qərar qəbul edib.
XS
SM
MD
LG