Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

ATƏT rahat olsun, MDİ gözləsin [Video]


ATƏT-in baş katibi Bakıda...
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

ATƏT-in baş katibi Bakıda...

-
«Biz qanunun aliliyindən danışanda nəzərə almalıyıq ki, hər şey qanun daxilində, ölkə qanunvericiliyinə uyğun olmalıdır. Bu qanunsuz aksiyadırsa, bu qanuna uyğun olaraq da dağıdılmalıdır».

Bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov AzadlıqRadiosunun suallarını cavablandırarkən deyib.

Martın 15-də Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannier-lə brifinq keçirib. Nazir son aksiyada polisin su şırnağı, bibər qazı, rezin güllələrdən istifadəsi ilə bağlı deyib ki, aksiya keçirmək istəyənlər şəhər icra hakimiyyətindən icazə almalıdır:

«Belə olanda icra hakimiyyəti aksiya üçün yer müəyyənləşdirir. Aksiya icra hakimiyyəti ilə razılaşdırılmış yerdə olursa, polis o nümayişi dağıtmır, amma razılaşdırılmamış yerdə keçirilən aksiya dağıdılır».

Minsk Qrupunun işi ilə bağlı jurnalistlərin suallarını cavablayan Lamberto Zannier bildirib ki, Azərbaycan ATƏT ailəsi üçün vacib ölkədir:

«Azərbaycan da ATƏT-in çox fəal üzvlərindəndir. ATƏT də Azərbaycanın həyati məsələlərində mühüm rol oynayır. Minsk qrupunun fəaliyyəti çox önəmlidir və onlar yaxın həftələrdə regiona yenidən səfər edəcəklər. Biz çox uğurlu nəticələr əldə etmişik və əməkdaşlığı pozitiv şəkildə davam etdirmək üçün müzakirələr aparırıq».

«MƏTBUATDA YAZILANLAR YALANDIR»

Lamberto Zannier ATƏT-in Bakı ofisinin statusu ilə bağlı bildirib ki, mətbuatda yayılan xəbərlər yalandır:

«Buna aydınlıq gətirim ki, bizim burdakı ofisimizdə yoxlamalar yoxdur. Bakıdakı ofisimiz yaxşı iş nümayiş etdirir. Mən də gələcək əməkdaşlığı müzakirə etmək üçün bura gəlmişəm. Bu gün səhər nazirlə də hazırkı əməkdaşlıqdan danışdıq, amma apardığımız müzakirələr əməkdaşlığımızın növbəti mərhələsi ilə bağlı idi. Azərbaycan öz təkliflərini irəli sürüb, biz bu təklifləri müzakirə edib, qərarlar çıxaracağıq. Bizim bugünkü müzakirələrimiz yoxlamalarla deyil, gələcək əməkdaşlıqla bağlı idi».

ATƏT-in Baş katibi polisin aksiyaları dağıtmasına və fəalların həbsinə toxunaraq bildirib ki, ATƏT-ə üzv ölkələrin demokratiya və hüququn aliliyi ilə bağlı öhdəlikləri
Lamberto Zannier
Lamberto Zannier
var:

«Siyasi proseslərin nümayiş təsiri bağışlayan üsullarla ifadəsini hesabatlarda qeydə alır və iştirakçı ölkələrlə müzakirə edirik. Hər hansı nümayəndə heyəti buna dair müzakirə aça, digər ölkələr də baş verənlərə açıqlama gətirə bilər. Məqsəd – ölkədə müsbət inkişafı irəlilətmək, dərinləşdirmək və ona töhfə verməkdir».

Brifinq zamanı Xarici İşlər naziri Elmar Məmmədyarov son vaxtlar Milli Demokratiya İnstitutunun «Facebook» sosial şəbəkəsində iğtişaşlar üçün 2 milyon dollar xərcləməsi barədə yayılan xəbərlərə də toxunub. Nazir bildirib ki, təşkilatın işi ilə bağlı araşdırma gedir, nəticələr bilinəndə MDİ-nin Azərbaycandakı fəaliyyəti barədə qərar veriləcək.
XS
SM
MD
LG