Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:27

Azərbaycanın müxalifət liderləri K.Schwarzenberg-ə təşəkkür məktubu göndərib


Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg.
Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg.
-


Martın 18-də Azərbaycan müxalifətinin liderləri Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg-ə təşəkkür məktubu göndəriblər. Birləşmiş müxalifət adından göndərilən məktubda Azərbaycanda insan haqları pozuntuları barədə bugünlər səslənən tənqidi fikirlərinə görə nazirə minnətdarlıq edilir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Respublikaçı Alternativ Hərəkatının rəhbəri İlqar Məmmədov, Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyov və El Hərəkatının rəhbəri Eldar Namazovun imzaladığı məktubda deyilir:
“Təəssüf ki, Azərbaycanda azadlıqlar üçün məkan getdikcə daralır, insan haqları pozulur və president İlham Əliyev getdikcə “sabitliyin təminatçısı”ndan “xaosun sponsoru”na çevrilir. Azərbaycan xalqına öz problemlərini hər hansı qanuni vasitələrlə həll etmək imkanları verilmədiyindən adamlar öz narazılıqlarını və etirazlarını ifadə etməyə çalışır, ölkə boyu görünməmiş etirazlar baş qaldırır.”

Bundan əlavə, İlham Əliyevin 2013-cü ildə də prezidentliyə namizəd ola bilməsinə hüquqi cəhətdən ciddi şübhələr var. Cənab Əliyev mübahisəli üçüncü prezidentlik dövrünə cəhd edir və həmin hərəkət konstitusiyaya uyğun olmadığına görə biz ona ciddi etiraz edirik.

Ona görə də biz cənab Əliyevin Azərbaycan qanunlarını pozan bu addımına qarşı həm yerli, həm də beynəlxalq səviyyədə qanuni addımlar atracağıq. Bu da öz növbəsində qeyri-konstitusional yolla 3-cü dəfə president seçilən İlham Əliyevin imzalayacağı beynəlxalq razılaşmalar və müqavilələrə ciddi təsir edəcək.
Xarici İşlər naziri Karel Schwarzenberg azərbaycanlı hüquqşünas İntiqam Əliyevi qəbul edərkən, 4 mart 2013
Xarici İşlər naziri Karel Schwarzenberg azərbaycanlı hüquqşünas İntiqam Əliyevi qəbul edərkən, 4 mart 2013

Cənab Schwarzenberg, vəziyyətə açıq yanaşmanız üçün bir daha da Sizə təşəkkür edirik. Ümid edirik ki, başqa Avropa liderləri də Sizin atdığınız bu addımı davam etdirəcək, Avropanın qonşularında azad, demokratik və sabit mühitin yaradılması üçün Sizin nümayiş etdirdiyiniz qərarlılığı göstərəcəklər.”

(Məktubun tam mətni ilə burada tanış ol.)

Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg martın 4-də azərbaycanlı hüquqşunas, vəkil və insan haqları müdafiəcisi İntiqam Əliyevə "People in Need" insan haqları təşkilatının mükafatını təqdim edib, həmin mərasimdə çıxışında Azərbaycan insan haqlarının vəziyyətindən də bəhs etmişdi: “Heç kəs orada (Azərbaycanda – red.) insan haqlarını cəmiyyəti irəli aparacaq bir motor, məxsusi bir hərəkətverici qüvvə kimi görmür. Biz yalnız insan haqlarının müdafiəsinə qalxanda dünyanı irəli apara bilərik” – deyə nazir bildirmişdi.

Karel Schwarzenberg-in çıxışı ətraflı burada oxu.
XS
SM
MD
LG