Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

XİN: Azərbaycanın ATƏT-in Bakı Ofisinin fəaliyyəti ilə bağlı sualları var


Elman Abdullayev
Elman Abdullayev
-
Azərbaycan tərəfi ATƏT-in Bakı Ofisinin statusunun layihə-koordinator statusunadək endirilməsini istəyir.

Bu barədə apa-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

Onun deməsinə görə, buna səbəb Azərbaycan tərəfinin ATƏT-in Bakı Ofisi ilə bağlı suallarının olmasıdır:

«Bizim mövqeyimiz konkret və aydındır. ATƏT-in Bakı Ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var. Təşkilatın üzvü kimi, ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib. Prosedurlara əsasən, məktub bütün üzv-dövlətlər arasında yayılır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq və ya dondurmaq niyyətindədir. Belə bir təcrübə Gürcüstanda da olub. Burda qeyri-adi heç nə yoxdur, hər şey ATƏT-in prinsip və normaları çərçivəsində edilir».

E. Abdullayev sualların məzmununu açıqlamasa da, bu məsələnin ATƏT-in baş katibi Lamberto Zannier-in Azərbaycana səfəri zamanı da müzakirə edildiyini bildirib.

XİN sözçüsü deyir ki, ATƏT Azərbaycanın müraciətinə hələlik cavab verməyib.

Belə bir təcrübə Gürcüstanda da olub. ATƏT-in Tbilisi ofisi 2008-ci ildə fəaliyyətini dayandırıb.
XS
SM
MD
LG