Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:35

«Qoy desinlər ki, Kennedy-ni kim öldürüb...»


Siyavuş Novruzov
Siyavuş Novruzov
-
«Qoy desinlər Kennedy-ni kim öldürüb, qatili niyə tapılmır...».

«Yeni Müsavat» qəzetinin yazdığına görə, bunu YAP-çı deputat Siyavuş Novruzov Azad Fikir Universitetinin ofisinin bağlanması ilə bağlı ABŞ səfiri Richard Morningstar-ın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

«Amerikada gündə o qədər adam tuturlar, o qədər adam məsuliyyətə cəlb olunur, biz onların daxili işlərinə qarışmırıq ki? Qoy desinlər, Kennedy-ni kim öldürüb, qatili niyə tapılmır. Ona görə, belə suallar vermək, fikirlər səsləndirmək yersizdir. Burda olan məsələlər araşdırılır, hüquq müstəvisində öz əksinə tapacaq. Kimin təqsiri yoxdursa, məhkəmə yolu ilə bəraətini alacaq…».

KORRUPSİYA EHTİYAT FONDUNA DA KEÇİB?

«Bizim yol» qəzeti Prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin talan olunduğunu yazır. Qəzetə görə, 2010-cu ildə Samur-Həzrə yolunun yenidən qurulması üçün Qusar rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan ayrılan 6.5 milyon manat uçota alınmayıb.

Qəzet Astara və Sabirabad rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərlə bağlı da problemlərin olduğunu qeyd edir.
«Monitorinq zamanı məlum olub ki, lisenziyası olmayan təşkilatlar tərəfindən obyektlərin layihə-smeta sənədləri hazırlanıb…».

«NEFTÇİ»YƏ QARŞI CİDDİ SANKSİYALAR TƏTBİQ OLUNA BİLƏR

Rövnəq Abdullayev
Rövnəq Abdullayev
«Futbol+» qəzeti AFFA prezidenti Rövnəq Abdullayevin «Neftçi»yə «barmaq sirkələdi»yini yazır. «Neftçi»-«Qarabağ» oyununda «Neftçi» məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatandan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlər AFFA prezidentinin əsəbiləşməsinə səbəb olub. AFFA-nın İntizam Komissiyasının bununla bağlı çıxardığı qərarı haqlı sayan Rövnəq Abdullayev deyib:

«AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, «Neftçi»nin məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı... Əks halda... klub və klub rəsmilərinə qarşı ciddi sanksiyalar tətbiq oluna bilər».

«MİRZƏ ƏLƏKBƏR SAĞ OLSAYDI»

«Ayna» qəzeti Azərbaycanda insan hüquqlarının indiki durumundan yazır. Qəzetə görə, Mirzə Ələkbər sağ olsaydı, ən yaxşı halda onun haqlarını müdafiə komitəsini yaratmaq məcburiyyətində qalmış olardıq:

«Bu variantın daha faciəvi halı da var. Böyük Sabir Elmar Hüseynovun və Rafiq Tağının taleyini də yaşaya bilərdi…».

«EL»İN PROQRAMI

«Yeni Azərbaycan» qəzeti Eldar Namazovun layihəsinin Rusiyadan gələn proqram əsasında qurulduğunu yazır. Qəzetə görə, «EL» Hərəkatının üzvləri öz güclərini şişirtməklə insanları özlərinə cəlb etmək istəyirlər:
Eldar Namazov və Rüstəm İbrahimbəyov
Eldar Namazov və Rüstəm İbrahimbəyov

«Göstərmək istəyirlər ki, bizim maddi imkanlarımız var, pulumuz gəlir və bu vəsait ilə harada istəsək, ofis saxlaya bilərik. Məlum oldu ki, bunların hamısı yalan fikirlərdir…».

İSMAYILLIDA ACLIQ GÖZLƏNİLİR

«Azadlıq» qəzeti İsmayıllı sakinlərinin kütləvi aclığa başlaya biləcəyini yazır.

İsmayıllı hadisələri zamanı yaxınları həbs olunanlar deyiblər ki, «həbs olunanlar mayın 10-a qədər azadlığa buraxılmasa , kütləvi aclıq aksiyası keçirəcəklər…».

«GƏLƏCƏKDƏ SADƏCƏ BU, MÜMKÜN OLMAYACAQ»

«Bu gün Azərbaycanla rəqabət aparmaq və ya düşmənçilik etmək artıq əvvəllər olduğundan daha çətindir, gələcəkdə isə sadəcə bu, mümkün olmayacaq».

«Azərbaycan» qəzetinin yazdığına görə, bunu prezident İlham Əliyev Moskva Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçirilən 1-ci Ümumdünya Forumundakı çıxışı zamanı deyib.
XS
SM
MD
LG