Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

İran XİN Azərbaycan vətəndaşlarının həbsinə aydınlıq gətirdi


Xalidə Xalid
Xalidə Xalid
-
İranda saxlanan iki Azərbaycan vətəndaşı qanunsuz əlaqələr qurmaqda ittiham olunurlar.

ISNA agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin əməkdaşı açıqlayıb.

O bildirib ki, həbs edilən Azərbaycan vətəndaşları İrana turist qismində gəliblər:

«Onlar qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirilirlər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır».

AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində olarkən tutulub.

Xalidə Xalidin sürücüsü olan Azərbaycan vətəndaşı Şamxal Hüseynov və 4 azərbaycanlı fəalın da həbs edildiyi bildirilir. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblarmış.

ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitablar, kompüter və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə naməlum istiqamətə aparıblar.

Hazırda onların harada saxlandıqları məlum deyil.
XS
SM
MD
LG