Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:33

İsa Qəmbərin sərt bəyanatı


İsa Qəmbər
İsa Qəmbər
-
«Müsavata qarşı hədyanlar o həddə çatıb ki, guya, bizim mövqeyimiz hakimiyyətə ismarışdır - Rüstəm İbrahimbəyovu qeydə almayın, bizi alın. Bu cür danışanlara demək istəyirəm ki, özlərini toparlasınlar. Bizim də deməyə sözümüz çoxdur. Hələlik isə bunu deyirik ki, Milli Şuranı, demokratik qüvvələri seçkidən kənarda tutmaq Əliyevlər ailəsinə hakimiyyəti əlində saxlamağa şərait yaradır».

Bunu Müsavat başqanı İsa Qəmbər iyulun 13-də partiya məclisinin toplantısında deyib.

O, Rüstəm İbrahimbəyovun seçkilərdə qalib gəlməsi üçün əllərindən gələni edəcəklərini bildirib:

«Müsavat Partiyası Rüstəm müəllimin vahid namizədliyini dəstəkləyir. Biz hesab edirik ki, Rüstəm müəllimin Azərbaycana gəlməsi proseslərə güclü təkan verəcək. Müsavat Partiyası onun qalib gəlməsi üçün əlindən gələni artıqlaması ilə edəcək. Müsavat Partiyası onun namizədliyi üçün 40 min imzanı təkbaşına da toplaya bilər. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə Milli Şuranın ehtiyat namizədi olmalıdır. Biz demirik ki, bu, mütləq Müsavatın namizədi olsun. Bu, Milli Şura üzvü olan, heç bir siyasi mənsubiyyəti olmayan nüfuzlu ziyalılardan biri də ola bilər. Hakimiyyətə gəlmək istəyən qüvvələr mütləq seçkilərdə iştirak etməlidir. Bunun əksini düşünənlərin, boykot haqqında danışanların səviyyəsinə, ya da səmimiyyətinə şübhə yaranır».

Müsavat başqanı Milli Şuranın vahid prezident namizədi məsələsi ətrafında suallara cavab verir.

XS
SM
MD
LG