Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:40

Nelson Mandeladan seçmə fikirlər


Nelson Mandela
Nelson Mandela
-
Cənubi Afrikada aparteid rejim əleyhinə hərəkəkata rəhbərlik etmiş, buna görə ömrünün 27 ilini həbsxanada keçirmiş Nelson Mandeladan seçmə fikirlər:

- Bir dәfә mәnim haqqımda belә demişdilәr: “Doğulanda ona Rolihlahla – “Titrәyәn ağac” adı qoymuşdular, sonra isә o, Nelson Mandela oldu vә bütün dünyanı titrәtdi”.
- İnsanların mәni yarımallah hesab etmәsi xoşuma gәlmir. İstәyirәm mәni Mandela kimi tanısınlar, zәif cәhәtlәri olan adi bir insan kimi.
- Mәnim ölkәmdә siz birinci hәbsxanaya göndәrilirsiz, sonra isә prezident olursuz.
- Mәn tam olaraq dәrk etmişәm ki, cәsarәt qorxunun yoxluğudur. Cәsarәtli insan qorxu hissi olmayan insan deyil, onunla mübarizә aparan insandır.
- Çox işlәr yarımçıq görsәnә bilәr, ta ki, onları tamamlayana qәdәr.
- Afrika musiqisinin heyratamiz gözәlliyi, sәnә qәmli hekayә haqqında danışsa da, optimist sәslәnmәsindәn ibarәtdir. İnsan kasıb ola bilәr, qutudan hazırlanmış evdә yaşaya bilәr, işini itirә bilәr, lakin musiqi hәmişә insanda ümid yeri saxlayır.
- Cәmiyyәti dәyişmәk çәtin deyil – çәtini özünü dәyişmәkdir.

- Mən ağların hegemonluğuna qarşı mübarizə aparmışam. Bu mənim uğrunda yaşamaq istədiyim idealdır. Lakin, milord, əgər lazım gələrsə, bu, uğrunda ölməyə hazır olduğum idealdır
- Hәbsxanada keçirdiyim 27 ilә borcluyam, çünki o, mәnә fikrimi bir yerә cәmlәmәyә yardım etdi. Azadlığa çıxandan sonra isә bu imkanı itirdim.
Cәmiyyәti dәyişmәk çәtin deyil – çәtini özünü dәyişmәkdir...
- Yarımçıq azadlıq ola bilmәz.
- Hәbsxanada zibillikdә eşәlәnmәyi sevirdim. Aradabir orda qәzet parçalarına rast gәlmәk olurdu. Hәbsxanada bizә qәzet oxumaq qadağan idi, ona görә dә, bu qәzet parçalarını yığıb, öz kameramda oxuyurdum.
- Heç kәs başqa birinin dәrisinin rәnginә, mәnşәyinә vә dininә qarşı nifrәtlә doğulmur. İnsanlar nifrәt etmәyi öyrәnirlәr. Әgәr onlar nifrәt etmәyi öyrәnirlәrsә, o zaman onlara sevmәyi dә öyrәtmәk lazımdır, çünki sevgi insanın qәlbinә daha yaxındır.
- Bir insanla onun sәni anladığı dildә danışırsansa, sәn onun beyniylә danışmış olursan. Amma bir insanla onun doğma dilindә danışırsansa, demәk, sәn onun qәlbiylә danışırsan.
- Heç vaxt yıxılmamaq böyük nәaliyyәt deyil. Vacib olan hәr dәfә yıxılandan sonra ayağa qalxmağı bacarmaqdır.
- Unutmağı bacarmıram, lakin bağışlaya bilirәm.
- Daimi tibbi müayinәni sevirәm. Adәtәn hәkimlәr mәnә belә deyirlәr: “Mister Mandela, bu hәftә siz ölmәyәcәksiz!”
- Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir.

Esquire jurnalı
Tərcümə: Cavid Ramazanov
XS
SM
MD
LG