Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:35

Millət vəkili «SOCAR-ın Əliyev sirri» haqda danışır...


Vahid Əhmədov
Vahid Əhmədov
-

Millət vəkili Vahid Əhmədov AzadlıqRadiosunun «Açıq Hökumət» verilişinə müsahibəsində Dövlət Neft Şirkətinin «Anar Əliyev» açıqlamasına münasibət bildirib.
Vahid Əhmədov deyib ki, Hesablama Palatası Milli Məclisə hesabat verəndə onlar Global Witness-in Socar Traiding-lə bağlı araşdırmasındakı bəzi məqamlara diqqət yetirəcəklər.
Araşdırmada adı keçən Anar Əliyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu olması ilə bağlı səslənən iddiaya münasibət bildirən Vahid Əhmədov deyib ki, onun üçün bu, ciddi problem deyil: «Tutaq ki, Anar Əliyev Rövnəq Abdullayevin qohumudur, elə bir nazirlik var ki, orda qohumlar işləməsin? Burda gizlin nə var ki? Burda əsas işin mahiyyətidir ki, müqavilələr dövlətin ziyanına işləyib, ya yox».
Vahid Əhmədov deyir ki, neft-qaz sahəsində şəffaflığa böyük ehtiyac var. Onun sözlərinə görə, Azərbaycanda müstəqil iqtisadçılar var ki, onların analizləri, təklifləri hökumətin işinə yarıya bilər. Millət vəkili təklif edir ki, hökumət neft-qaz sahəsində şəffaflıq istəyirsə, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməlidir:

«Bütün neft-qaz olan ölkələrdə korrupsiya var. Korrupsiyanın qarşısını almaq üçün QHT-lərin bu sahədə işləməsinə imkan yaratmaq, sonra da onların materiallarından, analizlərindən istifadə etmək lazımdır».

NEFT ŞİRKƏTİ AÇIQLAMA YAYIB...
Londonda mənzillənən Global Witness təşkilatı «Anonim-Azərbaycan» adlı araşdırmasında Dövlət Neft Şirkətinin Anar Əliyev adlı biznesmenin şirkətləri ilə bağladığı müqavilələrdə korrupsiya amilləri olduğunu iddia edir.
ARDNŞ isə yaydığı bəyanatda bu iddiaları əsassız sayır, bildirir ki, Anar Əliyevlə işbirliyi SOCAR üçün uğurlu nəticələr verib.
XS
SM
MD
LG