Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

William Hague prezidentə Anar Məmmədlinin həbsindən narahatlığını çatdırıb [Video]


Böyük Britaniyanın xarici işlər naziri Azərbaycanda insan haqları ilə bağlı durumdan narahatlığını bildirib
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00
-
«Mən Azərbaycan hakimiyyətini ifadə, sərbəst toplaşma, media və siyasi azadlıqları təmin etməklə bağlı Avropa Birliyi, ATƏT, Avropa Şurası ilə işbirliyinə səsləyirəm».

Bunu Britaniyanın xarici işlər naziri William Hague dekabrın 17-də Bakıda keçirdiyi brifinqdə deyib.

O, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşündə insan haqları sahəsindəki narahatlıqlara da toxunduğunu bildirib:

«Özəlliklə fəallar və bir sıra QHT-lərlə bağlı. Bizim ikitərəfli möhkəm münasibətlərimiz imkan verir ki, Böyük Britaniya öz narahatlıqlarını dilə gətirsin və biz bunu edirik. Mən bu məsələləri həm prezident, həm də xarici işlər naziri qarşısında qaldırdım».

William Hague bu cür narahatlıqları bundan sonra bölüşəcəklərini deyib:

«Məsələn, Anar Məmmədlinin dünənki həbsi kimi. Onun həbsini də prezident və nazirlə görüşdə qaldırdım. Sonda mən vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb problemlərini dinlədim».

William Hague «Şahdəniz-2» layihəsinin imzalanmasına da toxunaraq bu sazişin Azərbaycan, Böyük Britaniya və Avropaya uzunmüddətli fayda gətirəcəyini söyləyib:

«Layihə regionda enerji təhlükəsizliyini artıracaq, rəqabəti yüksəldəcək və Avropanın tək təchizatçıdan asılılığını azaldacaq».

William Hague Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda süfrə arxasında, 17 dekabr 2013
William Hague Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda süfrə arxasında, 17 dekabr 2013
Britaniya naziri prezident İlham Əliyevlə İranla razılaşmanı, Suriyada baş verənləri və Ukrayna hadisələrini də müzakirə etdiklərini bildirib:

«Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsini yaxşı qarşıladığımı bildirdim. Bu, çox yaxşı addımdır və biz hər iki ölkə prezidentini vaxtaşırı görüşməyə səsləyirik».
Britaniya xarici işlər nazirinin Bakıya səfəri ilə bağlı nazirliyin yaydığı rəsmi məlumatda da deyilir ki, bp şirkətinin rəhbərliyi ilə həyata keçiriləcək yeni «Şahdəniz-2» qaz layihəsi Avropanın qazla təchizatının müxtəlifləşdirilməsində böyük rol oynayır. Həm də Azərbaycanda ən böyük xarici sərmayəçi kimi, Britaniyanın mövqeyini möhkəmləndirir.

«Bu layihə, həmçinin, Britaniyanın kommersiya baxımından gəlirlərinə təminat verir, Azərbaycanla enerji sahəsində əməkdaşlığı gücləndirir» - deyə sənəddə bildirilir.
XS
SM
MD
LG