Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Elnur Aslanov işdən çıxarılıb


Elnur Aslanov
Elnur Aslanov
-

Prezident İlham Əliyev martın 17-də Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə prezidentin rəsmi internet səhifəsi məlumat yayıb.

Sənəddə onun hansı səbəbdən işdən azad olunması haqda əlavə məlumat verilmir.

Sosial şəbəkələrdə Elnur Aslanovun Türkiyədə məşhur olan "Nurçu"larla bağlılığına dair ittihamlar səslənir. Bu yaxınlarda yerli mediada "Nurçu"ların lideri, və "Hizmet" hərəkatının rəhbəri, hazırda Pensilvaniyada yaşayan Fetullah Gulene yazılmış və elnur_aslanov ünvanlı emaildan göndərildiyi iddia olunan məktubu yayılıb.

Məktubda Fetullah Gulenin səhhətindən narahatlıq ifadə olunur, məktub müəllifinin hərəkata "sadiq" olduğu qeyd olunub.

Məktubda müəllif anası "Rəbiyyət xanımın salamları və hörmətləri"ni də izhar edib.

Amma bu məktubu Elnur Aslanov belə bir məktub yazıb-yazmaması barədə hər hansı məlumat verməyib.

37 yaşlı Elnur Aslanov Bakı Dövlət və «Azərbaycan» Universitetlərini bitirib, siyasi elmlər namizədidir.

1997-2001-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsi, təlimatçı, baş referent işləyib.

2001-2005-ci ildə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektoru, referent, böyük məsləhətçi işləyib.

2005-2007-ci illərdə Prezidentin İcra Aparatı rəhbərinin xidməti, İcra Aparatı rəhbərinin köməkçisi işləyib.

2007-dən Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsində müdir olub.

Elnur Aslanovun anası Rəbiyyət Aslanova Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.
XS
SM
MD
LG