Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Rauf Mirqədirovun vəkili Fuad Ağayev hədələndiyini deyir

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs edilib.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə iş başlanıb. Jurnalist hazırda şübhəli şəxs kimi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Jurnalistin həbsi ilə bağlı xəbərlər daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.

13:29 22.4.2014
-
HÜQUQ MÜDAFİƏÇİLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Aprelin 22-də hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Əvəz Həsənov dövlətə xəyanətdə ittiham edilərək həbs olunan jurnalist Rauf Mirqədirovla bağlı prezident İlham Əliyevə müraciət ediblər.

Bu haqda AzadlıqRadiosuna Novella Cəfəroğlu məlumat verib.

“Biz Raufu 90-cı illərdən tanıyırıq. Azərbaycanı sevən insandır. Öz işi, yazıları ilə bunu sübut edib. Tənqidi yazılar yaza bilər, jurnalistdir. Ancaq onu dövlətə xəyanətdə ittiham etmək, biz buna inanmırıq. Prezidentə yazmışıq ki, bu işdə çox həssas olsunlar, prezident öz nəzarətinə götürsün”.
Hüquq müdafiəçiləri müraciətdə bildirir ki, Rauf Mirqədirovun indiyədək yazdığı məqalələr Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınmasına və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin çatdırılmasına xidmət edib.

Müraciət müəllifləri Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan bir jurnalistin dövlətə xəyanət maddəsi ilə ittiham edilməsinə təəssüfləndiklərini və Rauf Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildiriblər.

Hüquq müdafiəçiləri prezident İlham Əliyevdən Rauf Mirqədirova qarşı başlanan cinayət işini nəzarətə götürməsini, jurnalistin təhlil aparmaq potensialından Azərbaycan dövlətinin Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə edilməsinə yardımçı olmasını xahiş ediblər.
Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib, Bakıya gələn kimi tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Davamı

XS
SM
MD
LG