Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

«Gürcüstanda tutulan 3 tonluq heroindən Azərbaycan tərəfi xəbərdar olub»


3 ton maye heroin
3 ton maye heroin

-

Gözlə

No media source currently available

0:00 0:06:06 0:00
Direct-ə keçid

İyulun 11-də Gürcüstan polisinin tutduğu 3 tona yaxın maye heroinlə bağlı Azərbaycan hüquq-mühafizə orqanları hələ də hər hansı məlumat yaymayıb.

Azərbaycandan keçməklə qonşu ölkəyə aparılmış narkotik maddənin ölkə ərazisindən necə keçməsi barədə suallar cavabsız qalır. Bu susqunluq Gürcüstanda saxlanan və qiyməti 100 milyonlarca manatla hesablanan narkotik maddənin Azərbaycanda hansısa himayəçisinin olması ehtimalını doğurub.

Olaya ictimai marağı nəzərə alan AzadlıqRadiosu Nartotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyevdən müsahibə alıb.

- Məzahir müəllim, bir neçə qram narkotik maddə tutulanda bununla bağlı hüquq-mühafizə orqanları dərhal məlumat yayırlar. Gürcüstan polisi iyulun 11-də Azərbaycandan keçən 3 tona yaxın maye heroni saxlayıb, bununla bağlı məlumat və video yayıb, amma Azərbaycandan bu məsələ ilə bağlı heç bir açıqlama verilmir. Sizcə, bunun səbəbi nədir?

-Burda böyük sensasiya doğuracaq bir hadisə yoxdur. Bilirsiniz ki, belə əməliyyatlar məxfi və xüsusi agentura şəbəkəsinin qurulması ilə həyata keçirilir. Gürcüstan polisinin uğurla başa çatdırdığı bu əməliyyatda, şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının da rolu var. Fikir vermisinizsə, Gürcüstanın daxili işlər naziri deyib ki, Əfqanıstanda hazırlanan narkotik İrandan Azərbaycana keçib, ordan da Gürcüstana gətirilib, amma Azərbaycan tərəfi bundan məlumatlı olub. Fikrimcə, bir belə narkotik maddənin ələ keçirərkən, Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları mükəmməl əməliyyat gerçəkləşdiriblər.

-Azərbaycan hüquq-mühafizə orqanları bu məsələdən xəbərdar olubsa, niyə heroin keçirənlər elə Azərbaycandaca tutulmayıblar?

-Bəlkə də məsələnin siyasi tərəfləri var. Bilirsiniz ki, Gürcüstanda hökumət yenidir və istəyir ki, əhali arasında böyük rəğbət qazansın. Azərbaycan tərəfi həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarıdır. Bu baxımdan ola bilsin ki, qonşu ölkəyə belə bir jest edilib.

-Belədirsə, bu Azərbaycanın imicinə zərər vurmurmu ki, bir-iki qramlıq narkotik maddəni tutduğunu bəyan edən bir ölkə 3 tona yaxın narkotik maddəni niyə tutmayıb?

-Belə düşünmək tam yanlış olardı. Birincisi, Azərbaycanda hər il tonlarla narkotik maddə dövriyyədən çıxarılır. Gürcüstana nəzər yetirsəniz, görəcəksiniz ki, son 5 ildə bu ölkədə heç 300 kiloqramdan çox narkotik maddə aşkarlanmayıb. Amma Azərbaycan son 7 ildə qanunsuz dövriyyədən 10 tondan çox narkotik maddə çıxarıb. Bu baxımdan da mən məntiq və iş tərəfdarıyam. Bəli, Gürcüstanın həyata keçirdiyi bu əməliyyat çox böyük uğurdur və dünyada sensasiya doğuracaq hadisədir.

-Olmazdımı Azərbaycan bu uğuru öz aktivinə yazaydı?

-Olardı. Amma Azərbaycan hər il qanunsuz dövriyyədən tonlarla narkotik maddə çıxarır və bununla bağlı BMT-yə hesabat verir. BMT-də utanırlar ki, son 5 ildə Ermənistanla Gürcüstanın birgə üzə çıxardığı narkotik maddənin həcmi 1 tondan artıq olmayıb. Ancaq Azərbaycan son 6-7 ildə 10 tondan artıq qeyri-qanuni narkotik maddənin qarşısını alıb. Onu deyim ki, Əfqanıstandan Azərbaycan vasitəsilə Avropaya daşınan narkotik maddənin həcmi də çox böyükdür. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları çox ayıq-sayıq olmalıdırlar.

-Hüquq-mühafizə orqanları Gürcüstanda saxlanılan narkotik maddə barədə medaianın suallarını cavabsız qoyurlar. Milli Təhlükəsizlik Nazirliyi jurnalistləri Dövlət Sərhəd Xidmətinə və Gömrük Komitəsinə yönəldir. Onlar da bu məlumatları mətbuatdan oxuduqlarını deyirlər. Beləcə, külli miqdarda heroinin hansısa bir qüvvə tərəfindən himayə olunmasına şübhələr yaranır...

-Ola bilər. Dolğun məlumat verilməməsi müəyyən şübhələrə yer açır. Amma yenə deyirəm, Gürcüstan tərəfi bildirib ki, bu məsələdə Azərbaycanın tərəfinin yardımı olub. Bu o deməkdir ki, Azərbaycan bu məsələdən xəbərdarmış.

-Sizcə, Azərbaycanda belə böyük miqdarda narkotik maddənin keçirilməsini himayə edəcək qurum və ya qrup var?

-Azərbaycanda hər hansı narkomafiyanın, narkoticarətlə məşğul radikal qruplaşmanın olduğuna inanmıram. Amma regional narkomafiyanın əlaltıları var. O əlaltıların toruna bəzi məmurlar da düşə bilər. Bilirsiniz ki, dünyada ikinci ən böyük gəlir narkotik alverindən götürülür. Bu baxımdan o böyük pullarla hansısa məmurun yoldan çıxarılmasına cəhdlər olur. Yəni belə hallar var. Amma Azərbaycanda hansısa narkomafiyanın mövcudluğuna gəlincə, mən buna inanmıram.

- Bəs Gürcüstanda tutulan 3 tona yaxın narkotik maddə məsələsində hansısa məmurun ələ alınmasından da söhbət gedə bilərmi?

-İndi istintaq gedir. Bir də deyirəm ki, bu əməliyyat Azərbaycanın razılığı ilə həyata keçirilib. Digər cinayət işlərinin araşdırlması zamanı bu yanaşmanı da ortalığa qoymaq olar.

XS
SM
MD
LG