Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:27

Putin: «Döyüşlər başlamasaydı, bu faciə də olmazdı» [Video]


Putin: Faciədən siyasi məqsədlər üçün istifadə edilməməlidir
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Putin: Heç kim faciədən siyasi məqsədləri üçün istifadə etməməlidir

-

Prezident Vladimir Putin iyulun 21-də Moskvada bildirib ki, 300-ə yaxın adamın öldüyü təyyarə qəzasının baş verdiyi yerdə beynəlxalq ekspertlərin işləməsi üçün Rusiya əlindən gələni əsirgəməyəcək.

Putin Ukrayna hakimiyyətini Rusiya tərəfdarı olan üsyançılara qarşı hərbi əməliyyatlara son qoymamaqda ittiham edib.

Rusiya prezidenti deyib ki, o, sübutlarla deyə bilər ki, Ukrayna iyunun 28-də «yenidən döyüşlərə başlamasaydı, bu faciə də baş verməyəcəkdi».

O əlavə edib ki, heç kimin «bu faciəni qərəzli məqsədlər üçün» istifadə etmək haqqı yoxdur.

Qərb Putini üsyançılara dəstək verməkdə ittiham edir.

ABŞ-ın dövlət katibi John Kerry iyulun 20-də deyib ki, Rusiya Ukraynadakı separatçılara təlim keçir, dəstək verir, onları silahlandırır.

HOLLAND EKSPERTLƏR MALAYZİYA TƏYYARƏSİNİN AQİBƏTİNİ ARAŞDIRMAĞA GƏLİR

Təyyarənin düşdüyü ərazi
Təyyarənin düşdüyü ərazi

İyulun 21-də bir qrup holland ekspertin Ukraynanın şərqində qəzaya uğrayan Malayziya təyyarəsinin aqibətini araşdırmağa gələcəyi gözlənilir. Qəzada 192 vətəndaşını itirən Niderlandın baş naziri Mark Rutte bildirib ki, ekspertlər meyitləri tanımağa yardım edəcək. O, həmçinin meyitlərin qaytarılmasının «birinci prioritet» məsələ olduğunu bildirib. Avstraliyanın baş naziri Tony Abbott isə bildirib ki, qəzanın baş verdiyi ərazi məhkəmə-tibbi ekspertizasından çox «bağın təmizlənməsinə» bənzəyir.

Ötən gün Moskvayönlü separatçılar 200-ə yaxın sərnişinin meyitini soyuducu vaqonlara yığıb.

Ukrayna baş nazirinin müavini Volodymyr Groysman bildirib ki, onlar nəhayət ki, qəza yerindən 250 km şimalda, Xarkovda laboratoriyaya aparılacaq.

Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən, «Malayziya Hava Yolları»na məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 298 adamın hamısı həlak olub. Qəzadan 4 gün keçsə də qəzanı araşdırmaq üçün gələn beynəlxalq ekspertlərin işinə məhdud imkan yaradılıb.

XS
SM
MD
LG