Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:36

Fərhad Əliyev müalicə olundumu?


Fərhad Əliyev Müalicə Müəssisəsindən MTN-nin təcridxanasına qaytarılıb
Fərhad Əliyev Müalicə Müəssisəsindən MTN-nin təcridxanasına qaytarılıb

Keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyev sentyabrın 21-i, günün ikinci yarısında Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasına qaytarılıb. Bu məlumatı «Azadlıq» radiosuna Fərhad Əliyevin vəkili Ramiz Məmmədov verib. Ramiz Məmmədov deyir ki, MTN-nin təcridxanasına gedərək Fərhad Əliyevlə də görüşüb.


Fərhad Əliyev iki ay bundan əvvəl Ədliyyə Nazirliyinin Müalicə Müəssisinə göndərilmişdi. Ancaq onun vəkilləri iddia edirlər ki, sabiq nazir orada heç də müalicə olunmayıb. Vəkil Ramiz Məmmədov deyir ki, bu sırf siyasi səbəblərlə bağlıdır: «Ehtimal edirik ki, kimlərsə Fərhad Əliyevin həyatdan getməsində maraqdır…»


Ramiz Məmmədovun sözlərinə görə, Fərhad Əliyev həm ürəyində, həm də böyrəklərində kəskin ağrılar duyur. Üstəlik vəkil müalicə müəssisində Fərhad Əliyevin müayinə edilməsinə də şübhə ilə yanaşır. Onun sözlərinə görə müayinənin nəticələri ilə bağlı onlara məlumat verilməyib.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov isə vəkilləri vəziyyəti mürəkkəbləşdirməkdə günahlandırır. Onun sözlərinə görə, Fərhad Əliyev müalicə müəssisində düz iki dəfə müayinə edilib: «Ona ürək xəstəliyi yox nevroz diaqnozu qoyulub. Biz müalicə təklif etdik, o imtina etdi. Fərhad Əliyev həbsindən əvvəl Almaniyada müayinə edilib. Həmin müayinəyə uyğun da özü dərmanlar qəbul edir…»


Tərəflərin bu məsələylə bağlı açıqlamaları bir-birindən kəskin fərqləndiyindən əsl həqiqət bir qədər qanranlıq qalmaqdadır. Vəkillər təklif edirlər ki, bu məsələdə həqiqətin üzə çıxması üçün onların inandığı həkimlərin Fərhad Əliyevi müayinə etməsinə şərait yaradılmalıdır. Hətta bununla bağlı vəkillər MTN-ə və Respublika Prokurorluğuna müraciət də göndəriblər. Bu müraciətlərin cavabsız qaldığını görən vəkillər ehtimal edirlər ki, həmin strukturlarda çalışan bəzi vəzifəli şəxslər Fərhad Əliyevin müalicə edilməsinə maneələr yaradırlar. MTN-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayev isə vəkillərin iddialarını əsassız sayır.


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Departamentinin keçmiş sədri Əlhüseyn Şalıynvin Ədliyyə Nazirliyinin müalicə müəssisində ölümündən sonra Fərhad Əliyevin səhhəti ilə bağlı məsələlərə mətbuatın diqqəti bir qədər də artıb. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu düşünür ki, istintaqın uzanması hələlik müstəntiqlərdə Fərhad Əliyevə qarşı ciddi sübutların olmadığını göstərir. Belə olan halda isə məhkəmədə, istər dövlət çevrilişinə cəhd, istərsə də Elmar Hüseynovun qətli ilə bağlı ittihamlar hakimiyyətin əleyhinə çevrilə bilər.


Keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyev ötən ilin oktyabrında həbs edilib. O əvvəlcə dövlət çevrilişinə cəhddə və korrupsiyada ittiham edilirdi. Bu ilin iyul ayından etibarən isə o ağır qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin baş əməlyyat müvəkkili Hacı Məmmədov ifadəsinə əsasən jurnalist Elmar Hüseynovun qətlini sifariş etməkdə günahlandırılır.


XS
SM
MD
LG