Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:52

Əliyev Putin-ə deyib ki, Qarabağ məsələsi çox uzandı...


Vladimir Putin və İlham Əliyev - 9 avqust 2014
Vladimir Putin və İlham Əliyev - 9 avqust 2014

-

Avqustun 9-da Soçidə Azərbaycan və Rusiya prezidentləri görüşüb.

Vladimir Putin-lə danışıqlarda Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Qarabağ problemi həddən artıq uzanıb və öz həllini tələb edir.

«Boçarov Ruçey» iqamətgahındakı görüşdən sonra İlham Əliyev bir daha vurğulayıb ki, «Biz Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsinin nizamalanmasını müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb».

İlham Əliyevin dediyinə görə, son illər Azərbaycanla Rusiyanın əlaqələrində müsbət dinamika var:

«Biz Rusiyanı çox qiymətləndiririk və Rusiyanı beynəlxalq aləmdə özümüzün əsas tərəfdaşlarımızdan sayırıq».

İlham Əliyev bildirib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir. Nəinki siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticə verir. O cümlədən qarşılıqlı ticarət və investisiyalar artır:

«Biz əməkdaşlığın potensiualını artırmaqda qətiyik. O cümlədən, regional təhlükəsizlikdə və regiondakı sabitlikdə».

Görüşdən əvvəl Rusiya prezidenti Putin deyib ki, «əlbəttə, ağrılı məsələni- Dağlıq Qarabağ problemini müzakirə edəcəyik».

Putin Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərdə inkişafından danışıb:

«Bizim ikitərəflıi təmaslarımızda etimad elementi daima məhkəmlənir. Biz buna çox şadıq».

Rusiya Statistika Xidmətinin məlumatına görə, 2013-cü ildə Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi 3.5 milyard dollar olub. Bu da əvvəlki illə müqayisədə 4 faiz artımdır.

2014-cü ilin ilk 5 ayında Azərbaycan-Rusiya ticarət dövriyyəsi 1.6 milyard dollar olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.8 faiz çoxdur.

Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentləri də təkbətək görüşür.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü isə avqustun 10-da gözlənilir.

XS
SM
MD
LG