Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:45

De Waal: Qarabağ problemi xarici yox, daxili amillərə görə həll olunmur


-

Qarabağ problemi üzrə britaniyalı ekspert Thomas De Waal Beynəlxalq Sülh üzrə Karnegi Fondunun saytında yazır ki, avqustun 10-da Rusiya prezidenti Putin Azərbaycan və Ermənistan prezidentlərini Soçidə görüşə yığdı. Görüşün ilk məqsədi uğurlu oldu. O mənada ki, Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində gərginlik səngidi. Ancaq görüşdən sonra İlham Əliyev və Serj Sarkisian problemin sülh yolu ilə həllini dəstəklədiklərini desələr də məsələnin mahiyyətindən heç nə demədilər.

1994-cü ildə əldə olunmuş atəşkəs sazişinin gücləndiriləcəyi barədə də bəyanat verilmədi. De Waal yazır ki, atəşkəsin pozulması və onlarla gəncin ölməyi indi “yeni normaya” çevrilir. 2011-ci ildən masanın üstündə belə “insidentlərin araşdırılması mexanizmi” təklifi var. Ancaq onu reallaşdırmırlar. Buna da toxunulmadı.

Problemin həllinin Baza Prinsipləri ətrafında danışıqları canlandırmaqdan da bir söz deyilmədi.

De Waal yazır ki, Soçi görüşündən əvvəl çoxlu spekulyativ fikirlər səslənirdi ki, Rusiya münaqişəni qəzışdırır ki, sonra vəziyyəti idarə etsin. De Waal əmindir ki, Putin indiki vziyyətdən sülhpərəvər olduğunu nümayiş etdirmək üçün istifadə edir.

Ancaq Soçi görüşü Qarabağ probleminin əsas həqiqətini bir daha sübut etdi: problem xarici amillərə görə yox, daxili dinamikaya görə həll olunmur. Heç bir tərəf Rusiyaya diktə imkanı verməyəcək. Bu, hər iki ökənin təhlükəsizliyi və milli mənliyi üçün fundamental məsələdir. Bu hətta Rusiyanın hərbi tərəfdaşı Ermənistana da aiddir.

İndiki daxili dinamika isə getdikcə pisləşir. Yaxşılaşmır. Azərbaycanın İsrail və Pakistandan silah alması barədə məlumatlar var.

İlham Əliyev Soçiyə getməzdən əvvəl Twitterdə 57 mesaj yazdı: “Biz öz suverenliyimizi bərpa edəcəyik. Azərbaycan bayrağı işğla olunmuş ərazilərdə, o cümlədən Xankəndində və Şuşada dalğalanacaq”.

De Waalın fikrincə, bu, daha çox teatral elementdir, nəinki müharibənin başlanacağının əlaməti.

Ancaq təcavüzün real qurbanları var və onların sayı artır.

Soçidən sonra Sarkisian da “maço üslubunda” bəyanat verib ki, Ermənistanın 300 km-I vuran raketləri var və bu raketlər Azərbaycan şəhərlərini Ağdama çevirə bilər.

Bütün bunlar onu göstərir ki, Rusiyanın və eləcə də heç kimin münaqişəni necə idarə etmək ideyaları yoxdur. Rusiya indiki status kvodan mümkün qədər yararlanmağa çalışacaq, müharibənin başlanmasının qabağını elə əvvəlcədən alacaq.

O biri ölkələrə gəlincə, payızda ABŞ BMT Baş Məclisi vaxtı Azərbaycan və Ermənistan liderlərini bir yerə toplamağa çalışacaq, Fransa prezidenti Hollande isə Əliyevlə Sarkisianı Parisə dəvət edir.

Putin isə Ukrayna ilə problemin həllinə dönür. Onun yaxın vaxtlarda yeni Qarabağ sammiti keçirmək planının olmasının əlaməti yoxdur.

XS
SM
MD
LG