Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

Azərbaycanın səfiri Jagland-a cavab verdi


Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə

-

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə “The Guardian” qəzetində Avropa Şurasının baş katibi Thorbjorn Jagland-ın məqaləsinə cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, səfir həmin məqalədəki qeyri-obyektiv xarakterli məqamlarla bağlı cavab yazıb.

QANUN NƏ VAXT REPRESSİYA VASİTƏSİNƏ ÇEVRİLİR?

Səfir öz məqaləsində Azərbaycanda son 23 ildə insan hüquqları və demokratikləşmə sahəsində mühüm irəliləyişlərin əldə edildiyini, milli qanunvericiliyin Avropa Şurası və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla, beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulayıb.

T. Tağızadə Azərbaycanda həbslərin siyasi motivlərlə əlaqələndirilməsi cəhdlərinə cavab olaraq qeyd edib ki, məhkəmə prosesinin yekunlaşmasına imkan verilməlidir və hüquq-mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir. Diplomat qanunun aliliyinin bərqərar olduğu bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da qanunu pozan şəxslərin peşəkar fəaliyyətlərinin arxasına sığınmalarının qəbul edilmədiyini diqqətə çatdırıb. O, bildirib ki, qanun yalnız universal şəkildə tətbiq olunduğu zaman qanun hesab olunur, əks təqdirdə, o yalnız repressiya vasitəsinə çevrilir.

HAKİMİYYƏT İDEALLARA SADİQDİR

Səfir həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev T. Jaqlandın insan hüquqları üzrə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətini qəbul edib. Bunun özü hökumətdə bu məsələlərin sağlam və konstruktiv həlli istiqamətində siyasi iradənin olduğunu əks etdirir. T. Tağızadə işçi qrupun fəaliyyətinin davam etdtirilməsinə imkan verilməsinin zəruri olduğunu bildirərək Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə birgə bu məsələləri həll etmək əzmində olduğunu diqqətə çatdırıb.

Səfir bütün bu addımların kənar müdaxilə və yaxud hansısa xarici təşkilatı məmnun etmək istəyindən deyil, Azərbaycan hakimiyyətinin bu ideallara sadiqliyindən irəli gəldiyini vurğulayıb.

Qeyd edək ki, Avropa Şurasının baş katibi Thorbjorn Jagland-ın «The Guardian» qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair məqaləsi belə adlanırdı: «Azərbaycanda insan haqları: Bıçaq sümüyə dirənib. Birləşmiş Krallıq biganə qalmamalıdır».

XS
SM
MD
LG