Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:25
Turxan Kərimov: "Rəis nə yazdığımla maraqlandı"
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Turxan Kərimovun polisə aparılması və ondan sonra baş verənlərin xronikası

Noyabrın 28-də AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov mülkigeyimlilər tərəfindən saxlanaraq polis şöbəsinə aparılıb. Polis rəisi jurnalistlə söhbət edəndən sonra onu buraxıblar. Növbətçi Turxan Kərimovla hansı mövzuda profilaktika aparılmasına aydınlıq gətirməkdən imtina edib. Məsələ getdicə DİN-in AzadlıqRadiosuna, Ağ Evin Bakıya, Bakının da Vaşinqtona ittihamlarına qədər böyüyüb.

AzadlıqRadiosu hadisə ilə bağlı məlumatları daim yenilədiyindən ən son xəbərlər bloqun əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla daha öncə gedən xəbərlərlə tanış ola bilərsiz.

12:39 28.11.2014
Turxan Kərimov
Turxan Kərimov

«Dostu maşını izləsə də, sürətinə yetişə bilməyib və izini itirib»

Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimovu cümə günü səhər saat 11-də işə gələrkən mülki geyimli şəxslər saxlayıb. Onu naməlum istiqamətdə aparıblar.

Bu haqda onun qardaşı Əziz Kərimov məlumat verib.

«Hər səhər dostu ilə görüşüb işə gedir. Bu dəfə evdən çıxanda mülki geyimli şəxslər qardaşımı tutub qara rəngli maşına basıblar. dostu maşını izləsə də, sürətinə yetişə bilməyib və izini itirib. Hara aparıldığını bilmirik».

Daxili İşlər Nazirliyindən bu haqda məlumatları olmadıqlarını bildiriblər.

Turxan Kərimov sosial şəbəkələrdə özünün aktivliyi ilə seçilir.

13:21 28.11.2014

«Həyat tərzimdən, ictimai-siyasi hadisələrdən suallar verdilər»

Turxan Kərimov sərbəst buraxılıb. Bu haqda Azadlıq Radiosuna özü məlumat verib.

«Nərimanov rayonu 18-ci polis bölməsinə aparıldım. Soruşanda ki, niyə mülki geyimlilər gətiriblər? Cavab verdilər ki, bilməmişik. Sadəcə sorğu-sual etməyə gətirdiklərini bildiriblər. Həyat tərzimdən, ictimai-siyasi hadisələrdən suallar verdilər».

13:52 28.11.2014

Turxan Kərimov bu videonun müəllifidir.

13:55 28.11.2014

Polis: «Profilaktik söhbət olunub»

Nərimanov rayon 18-ci polis bölməsindən Turxan Kərimovun bölməyə gətirilməsini təsdiqlədilər. Bölmədən bildirdilər ki, onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb. Lakin bölmədən söhbətin nədən ibarət olması haqda AzadlıqRadiosunun suallarına cavab vermək istəmədilər.

Turxan Kərimovu nəyə görə mülkigeyimlilərin saxladığı ilə bağlı suala isə bölmə əməkdaşının cavabı belə oldu: «Əməliyyat müvəkkilləri mülki geyimdə olurlar».

Davamı

XS
SM
MD
LG