Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:49

Vəkil Tural Mustavayevin etirafından sonra Xədicə İsmayılın işinə xitam verilməsini istəyir


Xədicə İsmayıl
Xədicə İsmayıl

.

Mayın 5-də araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsindən 5 ay ötür.

Onun vəkili Yalçın İmanov deyir ki, Xədicə İsmayılın həbsdə saxlanması tam qanunsuzdur. Təkcə ona görə yox ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Həm də ona görə ki, Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazan Tural Mustafayev ərizəni geri götürdüyünü və şikayəti təzyiq altında məcburi yazdığını bildirib:

“Cinayət Prosessual Məcəllədə nəzərdə tutulub ki, bir şəxs şikayət ərəzisi yazmağa məcbur və ya təzyiq edilibsə, bununla bağlı açılan cinayət işinə xitam verilməlidir. Tural Mustafayev Xədicə İsmayıldan şikayətiı olmadığını, ərizəni geri götürməklə bağlı prokurorluğa müraciət etdiyini bildirir. Bundan başqa, ərizə yazmağa məcbur edildiyini söyləyir və konkret şəxslərin adlarını çəkir”.

“MƏNİ ŞANTAJ ETDİLƏR...”
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayevi özünü öldürmə həddinə çatdırmaq ittihamı ilə həbs olunub.

Mayın 1-də internetdə Tural Mustafayevin videomüraciəti yayılıb. Həmin videoda Tural Mustafeyev Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazmağa məcbur edildiyini bildirir:

“MTN mənim kirayədə qaldığım evə kamera yerləşdirmişdi və onlar məni şantaj edirdilər. Şikayət ərizəsi yazmayacağım təqdirdə gizli görüntülərin yayılacağını söylədilər. Bundan sonra mən şikayət ərizəsi yazmağa məcbur qaldım”.

“50 GÜN EV DUSTAĞI KİMİ SAXLANANDAN SONRA...”
Tural Mustafayev bildirir ki, ötən ilin dekabrın 27-də Göyçayda sahə müvəkkili tərəfindən saxlanaraq, yerli polis şöbəsinə aparılıb. Oradan isə 2 polis və 2 MTN əməkdaşı ilə Bakıya gətirilib:

“Məni fevralın 14-ə qədər Bakıda kirayə tutduğum mənzildə ev dustağı kimi saxladılar. Facebook və e-maillərim sındırıldı. Fevralın 14-dən sonra MTN əməkdaşları məni döyərək, zorla 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirdilər. Orada mənə məcburi dərmanlar içizdirildi. Bütün bunlar da ona görə edilirdi ki, mən Xədicə İsmayıla qarşı şikayət ərizəmi geri götürməyim”.

Tural Mustafayev bildirir ki, fevralın 28-də Göyçaya qayıdıb. Videomüraciətini aprelin 7-də çəkib. O saxlanıb və ya oğurlanacağı halda bu videonun yayılacağını bildirib.

“ÜST-ÜSTƏ DÜŞƏN TAXİRLƏR...”
Vəkil Yalçın İmanov bildirir ki, Tural Mustafayev dindirilmək üçün sabah - mayın 5-də prokurorluğun istintaq idarəsinə çağırlıb.

Tural Mustafayevin dediklərinin nə dərəcədə həqiqət olub-olmadığı məlum deyil. Bu videoda özəlliklə bəzi tarixlər diqqət çəkir.

Dekabrın 27-də
Tural Mustafayev Moskvaya getmək istəyərkən, saxlanılır və ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bundan bir gün öncə - dekabrın 26-da
AzadlıqRadiosunun Bakı burosunda axtarış başlanılır. Və Baş Prokurorluq Bakı bürosunun qapılarını möhürləyir.

Tural Mustayev iddia edir ki, dekabrın 27-dən fevralın 14-ə qədər
MTN və polis əməkdaşları onu ev dustağı kimi saxlayıb. Fevralın 14-də o, 1 saylı Ruhi Əsəb Xəstəxanasına köçürülüb.

Fevralın 14-də
Baş Prokurorluq Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürürür. O, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri üzrə təqsirləndirilir. Xədicə İmsayıla qarşı yeni ittihamlar “Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar 2015-ci il tarixli vergi aktı əsasında irəli sürülür.

Fevral ayında Xədicə İsmayıla qarşı elə onun saxlandığı Bakı İstintaq Təcridxanasında digər şikayət ərizəsinə - Elman Türkoğlunun iddiası üzrə məhkəmə davam edir. Qapalı keçirilən prosesdə Xədicə İsmayılın 2 min 500 manat cərimələnməsi ilə bağlı qərar çıxarılır.

Bakı Apellyasiya məhkəməsi Xədicə İsmayılın bu qərardan şikayətinə baxır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Tural Mustafayevin sözügədən videosundan xəbərdar olduğunu və bununla bağlı açıqlama verəcəyini vəd eləsə də sonradan gün ərazində telefon zənglərinə cavab verməyib.

(Tural Mustafayevin prokurorluq əməkdaşlarının ünvanına səsləndirdiyi ittihamlara rəsmi mənbələrdən hər hansı reaksiya verilsə, onların da sizlərə çatdırmağa çalışacağıq - red.)

ZAHİD ORUC: “KİM ZƏMANƏT VERİR Kİ...”
Azərbaycan Respublikasının Konstitutsiyasının 37-ci maddəsində yazılır ki, hər kəsin təhlükəsiz yaşamaq hüququ var.

Konkret olaraq Xədicə İsmayılın işində bu hüquq nə dərəcədə qorunur? Sualı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc cavablayır. Bildirir ki, son sözü məhkəmə deyəcək:

“Tural Mustafayev birdən-birə bütün bunları ona qarşı təzyiqlə əlaqələndirir, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının əməliyyatlarının tərkib hissəsi sayır. Media özü onu psixoloji problemləri olan, ailəsinə dönük olan bir şəxs kimi tanıdırdı. İndi düzü, mənə Tural Mustafeyin bu videosunda səsləndirdiyi fikirlərin ciddiyə alınması sual doğurur”.

- Zahid bəy, prokurorluq və məhkəmə Tural Mustafayevin dediklərini “ciddiyə” alıb və Xədicə İsmayıl həsb ediləndən sonra, sizcə, indi onun söylədiklərinin ciddiyə alınması normalı deyil?

“Bu adamın irəliyə sürdüyü dəlil-sübutlar gerçəkdirsə, əsaslıdırsa, ona basqılar edilib və Xədicə İsmayıl əleyhinə izahatlar yazıbsa, indiki çəkilişləri də kimlərinsə sifarişi ilə etmədiyinə zəmanət yoxdur. Xədicə İsmayıl 10 illərdir hakimiyyətə qarşı kəskin təndiqi mövqeyi olan bir şəxsdir. 10 illər boyunca hakimiyyət ona qarşı hər hansı bir əməliyyat etməyib. Yenə də tərkar edirəm bu sırf fərdi işdir və son sözü məhkəmə deyəcək”.

SABAH XƏDİCƏYƏ NYU YORKDA PEN MÜKAFATI VERİLİR...
Xədicə İsmayıl həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» elan edib.

Beynəlxalq və yerli təşkilatlar hakimiyyəti Xədicə İsmayılı, eləcə də digər siyasi məhbusları azadlığa çıxarmağa çağırır.

XS
SM
MD
LG