Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:32

Neft Fondunun əli aşağıdır


-

Azərbaycan hökuməti Neft Fondunda yığılan pulları xaricdə müxtəlif sahələrə yatırıb qazanc götürür.

Amma bu qazanc azalmağa başlayıb.

2014-cü ildə neftdən gələn gəlirlərin idarə olunmasından 387 mln. 204,8 min manat gəlir əldə olunub.

Bu, 2013-cü illə müqayisədə 93,3 mln. manat azdır.

Xatırladaq ki, 3 il öncə fondun idarə olunması ilə bağlı göstəricilər daha yaxşı idi: 2012-ci ildə neft pullarının idarə olunmasından təxminən 544 mln. manat gəlir götürülmişdü.

ARDNF-nin açıqladığı ən son məlumata görə, 2015-ci il aprelin 1-ə fondun aktivləri ilin əvvəlinə (37 mlrd. 104,1 milyon ABŞ dolları) nisbətən 5,86% azalaraq, 34 mlrd. 930,5 milyon ABŞ dollarına bərabər olub.

Dövlət başçısı ilham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında” 19 yanvar tarixli fərmanı ilə fondun vəsaitlərinin idarə edilməsindən gəlirlərini 494 mln. 357,5 min manatadək artırmaq, fondun özünün saxlanması xərclərini isə 33 mln. 318 min manatadək endirmək nəzərdə tutulur.

XS
SM
MD
LG