Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:48

Yunusların məhkəməsinə yenə xeyli adam buraxılmayıb


Leyla Yunus
Leyla Yunus

-

Leyla və Arif Yunusların məhkəməsində iştirak etmək istəyən xeyli insan yenə qapı arxasında qalıb.

İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların işi üzrə proses davam edib.

Zala yalnız bir saat əvvəldən gələn ABŞ səfirliyi nümayəndələri və iki jurnalist keçə bilib.

Məhkəmə nəzarətçiləri qapıları bağlayaraq digərlərini hətta dəhlizdə dayanmağa belə qoymayıblar.

Proses başlayan kimi bu duruma Leyla Yunus da etiraz edib, bildirib ki, zal onun heç tanımadığı şəxslər və məhkəmə işçiləri ilə doldurulub.

Ötən prosesdə də Yunusların məhkəməsinə jurnalist və səfirlik nümayəndələri buraxılmamışdı. 30 nəfərlik tutumu olan məhkəmə zalı daha çox ictimai sektorda tanınmayan, müttəhimlərin qohumları olduqlarını desələr də, kimin məhkəməsinə gəldikləri sualını cavablaya bilməyən şəxslər və özlərini məhkəmə işçiləri kimi təqdim edən mülkigeyimlilərlə doldurulmuşdu.

Yunusların iyulun 28-də baş tutan məhkəməsində şahidlər dindirilib.

Az sonra məhkəmədən ətraflı reportaj olacaq.

Növbəti proses avqustun 3-ə təyin olunub.

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.

Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.

XS
SM
MD
LG