Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

17 yaşlı 3 uşaq anası… Azərbaycanda


Arxiv fotosu
Arxiv fotosu

.

2014-cü ildə Azərbaycanda 170 min uşaq dünyaya gəlib. 25 min 500 uşağı rəsmi nikahı olmayan qadınlar doğub. Bu 2013-cü ildəkindən 4 min uşaq daha çoxdur. Nikahdankənar doğuşlar şəhərlərdə azalsa da, kənd yerlərində artıb.

Dövlət Statistika Komitəsinin 2014-cü il üzrə qeyri-rəsmi doğuşlar haqda məlumatından görünür ki, Azərbaycanda ən çox – 2 min 270 nigahdankənar doğuş Cəlilabad rayonun payına düşür. Digər yerlərdə Lənkəran, Şəmkir, Masallı rayonları gəlir.

İqtisadi bölgələr üzrə nikahdankənar doğulanların sayı barədə statistika:

Iqtisadi rayonNikahdankənar doğulanların sayı (2014-cü il)Bu iqtisadi rayona daxildir
Aran6 12818 şəhər və rayon
Gəncə-Qazax 4 52611 şəhər və rayon
Lənkəran4 3686 şəhər və rayon
Bakı şəhəri3 250
Şəki-Zaqatala1 2506 şəhər və rayon
Quba-Xaçmaz15975 şəhər və rayon
Abşeron9814 şəhər və rayon
Dağlıq Şirvan9564 şəhər və rayon
Yuxarı Qarabağ7888 şəhər və rayon
Kəlbəcər4284 şəhər və rayon
Naxçıvan2348 şəhər və rayon


SƏBƏBLƏRDƏN BİRİ: ERKƏN NİGAH

Təmiz Dünya Təşkilatının rəhbəri Mehriban Zeynalova Azərbaycanda ailələrin nigaha daxil olmamalarının səbəblərini belə açıqlayır:

Mehriban Zeynalova
Mehriban Zeynalova

“Nikahdankənar doğuşların bir səbəbi erkən evlilikdir. Özəlliklə, kənd yerlərində 18 yaşı hələ tamam olmayanlar rəsmi olaraq nikaha daxil ola bilmir. Belə anaların övladları da rəsmi nikah olmadan doğulur.

Digər bir səbəb regionlardan Rusiya və digər ölkələrə üz tutanların çoxluğu ilə bağlıdır. Hər kəsə məlumdur ki, belələri miqrasiya problemləri ilə üzləşməsinlər deyə, kimləsə evlənirlər. Valideynləri də rus gəlini qəbul etmir, öz qohum-qonşusundan kimisə alır, nikaha isə sadəcə bir kağız parçası kimi baxırlar.

O qədər də yayqın olmasa nikah üçün əlavə xərclərin çəkmək, gələcəkdə əmlak bölgüsü iddiası olmasın deyə, rəsmi nikahdan qaçanlar da var”.

ÖTƏN İL 17 YAŞLI 700 NƏFƏR ANA OLUB…

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2014-cü ildə 15-17 yaşlı qadınlar 700 uşaq doğub. Hətta bu yaşda olan analardan biri 3-cü uşağını dünyaya gətirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova "Trend" informasiya agentliyinə deyib ki, rəsmi qeydə alınmamış nikahlardan doğulan uşaqların sayının artması maarifləndirməyə hələ də ehtiyac olduğunu göstərir. O, əlavə edib ki, ailədə valideynlərin məsuliyyətinin artırılması ilə bağlı komitənin hazırladığı qanun layihəsi qəbul olunub:

Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda ən çox nigahdankənar uşaq - 2 min 270 nəfər - Cəlilabad rayonunda doğulub. Digər yerlərdə Lənkəran, Şəmkir, Masallı gəlir.

“Biz yəqin ki, yaxın zamanlarda bunun nəticəsini görəcəyəcəyik. Bəzən uşaqlar çox kiçik xuliqanlıq üstündə cinayətkara çevrilirlər. Amma bunun da kökündə valideyn məsuliyyəti dayanır. Buna görə də komitə valideyn məsuliyyətinin artırılması məsələsinə hər zaman diqqət ayırıb".

Azərbaycanda rəsmi nikaha girməmə hallarını azatlmaq üçün Qafqaz Müsəlmanlar İdarəsi rəsmi nikgahı olmayanlara kəbin kəsilməsi haqda fətva verib.

NİKAHDANKƏNAR UŞAĞIN PROBLEMLƏRİ

Nikahdankənar evlilikdən uşaq dünyaya gətirən analar hansı risklərlə qarşılaşa bilərlər? Təmiz dünya Təşkilatının rəhbəri Mehriban Zeynalova bildirir ki, bu cür analar dövlət idarələrində uşağın sənədlərinin hazırlanmasından əlavə, əlavə həm də atanın uşaqdan imtinası halında aliment ala bilməmək kimi ciddi problemlərlə üzləşə bilərlər. Onun dediyi həmin potensial problemləri öz dilindən eşidək:

Gözlə

No media source currently available

0:00 0:07:16 0:00
Direct-ə keçid
XS
SM
MD
LG