Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olub


Elmar Məmmədyarov və Edward Nalbandian
Elmar Məmmədyarov və Edward Nalbandian

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Edward Nalbandian ilə görüşüb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (ABŞ-dan James Warlick, Rusiyadan Igor Popov, Fransadan Pierre Andrieu) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

XİN-in məlumatına görə, Elmar Məmmədyarov Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. Nazir Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.

O, Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib, Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu söyləyib.

Ermənistanın əsl etimad quruculuğu tədbiri olacaq Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının təmaslarına imkan vermədiyi diqqətə çatdırılıb.

Elmar Məmmədyarov bir daha vurğulayıb ki, münaqişənin həlli üçün işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.

O qeyd edib ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Ancaq danışıqların nəticəsində ərazilər işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaq. Atılacaq hər hansı addımın bütün məsuliyyəti işğalçı və təcavüzkar dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşəcək.

XS
SM
MD
LG