Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Prezident də 4 milyardlıq kredit söhbətini təkzib etdi


-

Maliyyə nazirinin ardınca prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından 4 milyard dollarlıq yardım istəməsi barədə xəbərləri təkzib edib.

Ölkə başçısı yanvarın 29-da gənclərlə görüşündə deyib ki, “Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmir.

Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir” (Apa).

Yada salaq ki, yanvarın 28-də “Financial Times” qəzeti və “Reuters” agentliyi Azərbaycan hökumətinin BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə məlumat yaymışdı.

XS
SM
MD
LG