Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:48

Leyla və Arif Yunus bəraət tələb edirlər


Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

-

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus barələrində çıxarılmış hökmdən kassasiya şikayəti verilib.

Vəkil Elçin Sadıqov Azadlıq Radiosuna deyib ki, Ali Məhkəmədən hüquqlarını müdafiə etdiyi hər iki şəxsə bəraət verilməsini tələb edir.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq həbs edilmişdilər.

Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bakı Apellyasiya Məhkəməsi isə Yunusların azadlıqdan məhrum etmə cəzalarını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək, onları sərbəst buraxmışdı.

Leyla və Arif Yunuslar ictimai fəaliyyətləri, hökuməti tənqid etdikləri üçün həbs olunduqlarını deyirdilər.

XS
SM
MD
LG