Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:07

“İlham Əliyev sənə yaxşılıq edib, sən isə...” 


T. Yaqublu: "Faciəmi yaşamaq üçün ayrıca otağa ehtiyacım vardı, amma...
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

T. Yaqublu: "Faciəmi yaşamaq üçün ayrıca otağa ehtiyacım vardı, amma...

►Tofiq Yaqubluya xəbərdarlıq edildi

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurluğa həbsdən sonra verdiyi müsahibələrinə görə çağırılıb. Bu haqda T.Yaqublunun özü Baş Prokurorluqdan çıxdıqdan sonra bildirib.

T.Yaqublu deyib ki, onu baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyev qəbul edib. O, prokurorluqda təxminən yarım saat olub.

“Mədəni davrandılar, amma dedilər ki, “İlham Əliyev sənə yaxşılıq edib həbsdən azad edib, sən isə onun haqqında doğru olmayan sözlər deyirsən”. Rüstəm Usubov mənə “Yeni Müsavat” qəzetinə müsahibəmdə dini məsələlərlə bağlı fikirlərimə etiraz etdi. Bildirdi ki, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, o məqsədlə fikir bildirməmişəm” - deyən T.Yaqubluya prokurorluqda xəbərdarlıq ediblər.

Prokurorluqdan Tofiq Yaqublu açıqlaması

“Tofiq Yaqublu martın 20-dən etibarən “Facebook” sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazıb. Müsahibələrində Azərbaycanda guya, mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən məlumatlar yayıb”. Baş Prokurorluğun Müsavat partiyası başqanının müavini Tofiq Yaqubluya xəbərdarlıq edilməsi ilə bağlı açıqlamasında belə deyilir.

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

Prokurorluq bildirir ki, T. Yaqublu mediaya müsahibəsində dini radikallıq mövzusuna toxunaraq, cəza çəkən şiə və vəhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğunu ifadə edib.

“Vəhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləyib. Tofiq Yaqublunun hərəkətləri cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin qarşısının alınması sahələsində görülən işlərə kölgə salmağa xidmət edir ”.

Prokurorluq bildirir ki, qeyd olunanlarla əlaqədar olaraq T.Yaqublu dəvət edilərək onunla müvafiq söhbət aparılıb. O, söhbət zamanı mediada fikirlərinin təhrif olunduğunu bildirib.

“T. Yaqubluya milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin mediadan istifadə olunmaqla törədilməsi əməllərinə görə xəbərdarlıq edilib” - deyə prokurorluğun məlumatında bildirilir.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunmuş. 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi.

O, Novruz Bayramı öncəsində ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasətçi həbsdən çıxdıqdan sonra hökuməti tənqidə davam edib. O, həbsdən çıxandan sonra keçirdiyi mətbuat konfransında “Azərbaycanda siyasi məhbuslar probleminin arxasında şəxsən prezident İlham Əliyev durur” demişdi.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel radio proqramında

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi
“5 rayonu qaytarmaq istəyirsənsə, bu iki təşkilata qoşul”
Müsəlman ölkələrindən Azərbaycana dəstək

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel TV proqramında

Rusiya-Ermənistan münasibətləri dördgünlük döyüşdən sonra...
Kreml Putinin əvəzinə üzr istədi
Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?
Gözlə

No media source currently available

0:00 0:15:37 0:00

Buna da bax: "Həbsdə idim deyə, atalıq duyğusunun fərqinə vara bilmirdim"

XS
SM
MD
LG