Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:53

Koalisiya yığıncağa hazırlaşır


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası aprelin 30-da ümumi yığıncaq keçirməyi nəzərdə tutur. Bu haqda koalisiyanın üzvü Qubad İbadoğlu bildirib.

Q.İbadoğlunun deməsinə görə, toplantıda koalisiyanın yeni orqanlarının seçilməsi və koordinatorun ikiillik hesabatının dinlənilməsi gözlənilir: «Bir də iyunun 1-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiyasında Azərbaycan məsələsi müzakirəyə çıxarılacaq və həmin məsələ ümumi yığıncaqda müzakirə edilə bilər».

Q.İbadoğlu qeyd edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq katibliyin regional direktoru Dyveke Rogan bu məsələ ilə bağlı Bakıya gəlməlidir. Səfərin məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu dəyərləndirmək və iyunun 1-də Osloda keçirilməsi gözlənilən beynəlxalq idarə heyətinin toplantısına hesabat hazırlamaqdır.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 2004-cü ildə təsis edilib. Təsis zamanı tərkibində 30 QHT olub. İndi koalisiyanın 137 üzvü var. Amma koalisiya qeydiyyatdan keçməyib.

Ötən il Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) Azərbaycanın bu qurumda statusunu aşağı salmışdı. Azərbaycan tamhüquqlu üzvdən müvəqqəti üzvlüyə keçirilmişdi.

XS
SM
MD
LG