Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

Azərbaycan da Almaniya parlamentinin qətnaməsini pislədi


►XİN: Qətnamə qərəzli və qeyri-obyektivdir

“Almaniya Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlərdə istifadə edilməsi qəbuledilməzdir”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya Parlamentinin Osmanlı imperiyası dövründə erməni qırğınını "soyqırım" kimi tanıyan qətnaməsini şərh edərkən belə deyib.

Nazirlik sözçüsü qeyd edib ki, Almaniya Parlamenti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına etinasız qalıb.

“101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir” - deyə H.Hacıyev bildirib.

O, vurğulayıb ki, bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.

Almaniya parlamentinin aşağı palatası iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını "soyqırım" kimi tanıyan qətnamə qəbul edib.

Deputatlar iyunun 2-də keçirilən səsvermədə bu simvolik qətnamənin lehinə səs verib.

5 səhifəlik sənəd “1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.

***

R.T.Erdogan
R.T.Erdogan

Türkiyə Almaniya parlamenti aşağı palatasının iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını “soyqırım” kimi tanıyan qətnamə qəbul etməsini kəskin pisləyib.

Prezident Racep Tayyip Erdogan bunun ikitərəfli münasibətlərə ciddi ziyan vuracağını bəyan edib.

Baş nazir Binali Yıldırım da qərarın çox xətalı olduğunu və buna görə Türkiyənin Almaniyadakı səfirinin geri çağırıldığını bəyan edib.

Qeyd edək ki, Almaniya parlamentinin aşağı palatası iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını "soyqırım" kimi tanıyan qətnamə qəbul edib.

Deputatlar iyunun 2-də keçirilən səsvermədə bu simvolik qətnamənin lehinə səs verib.

5 səhifəlik sənəd “ 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.

Ermənilər həmin vaxt milyon yarım erməninin soyuqırımına məruz qaldığını təkid edir.

Türkiyə isə bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.

►Ərdoğan xəbərdarlıq etmişdi...

Almaniya parlamentinin aşağı palatası Osmanlı imperiyası dövründə erməni qətliamını soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Deputatlar iyunun 2-də keçirilən səsvermədə bu simvolik qətnamənin lehinə səs verib.

5 səhifəlik sənəd “ 1915-1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırıma məruz qalmasını anmağa çağırır”.

Ermənilər həmin vaxt milyon yarım erməninin soyuqırımına məruz qaldığını təkid edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.

Şərhçilər hesab edir ki, bu Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşmasının həyata keçirilməsini daha da çətinləşdirəcək.

Bu razılaşmada Türkiyənin bütün qanunsuz miqrantları qəbul eləməsi, əvəzində ona əlavə vəsait ayrılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Türkiyə prezidenti Racep Tayyip Erdogan dəfələrlə bəyan edib ki, belə bir qətnamənin qəbulu ikitərəfli münasibətləri əngəlləyəcək.

Buna da bax: Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil

Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (2 iyun)

Almaniya parlamentinin "soyqırım"ı tanıyan qətnaməsinə Bakıdan reaksiyalar
Günün hadisələri Azadlıq Radiosunda (2 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (2 iyun)

Mehriban Əliyevanın təklif etdiyi amnistiya aktı: "Kimin pulu var çıxacaq"...

XS
SM
MD
LG