Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Trump müsəlmanlarla bağlı təklifini 'redaktə' etdi


ِDonald Trump
ِDonald Trump

►"Müsəlman" sözünü çıxarır

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Donald Trumpın seçki kampaniyasının sözçüsü son üç gündə ikinci dəfə onun müsəlmanlarla bağlı qadağa təklifində düzəliş edib.

O deyib ki, Trump "müsəlman" kəlməsindən imtina edir və diqqətini "terrorçu dövlətlərdən" olan mühacirlərə yönəldir.

“...Əgər siz düşmən dövlətdənsinizsə... bu ölkəyə gəlməməlisiniz," Trumpın sözçüsü Katrina Pierson bazar ertəsi günü CNN-ə deyib.

Şənbə günü Trumpın seçki kampaniyasının üzvləri bildirmişdilər ki, o daha bu qadağanı ucdantutma bütün müsəlmanlara tətbiq etmək istəmir. Əvəzində o, müsəlmanları seçəcək və qadağanı təkcə "terrorçu dövlətlərdən" olan müsəlmanlara tətbiq edəcək. Məsələn, Şotlandiyadan olan müsəlman "normaldır".

Piersonun bu bəyanatı göstərir ki, Trump öz siyasətində dəyişiklik edib, ancaq onun sözçüsü xanım Pierson israr edir ki, "müsəlman" sözünün çıxarılması dəyişiklik deyil.

Trumpın irəli sürdüyü təkliflərin üzərində nə dərəcədə duracağı aydın deyil.

CNN müxbirinin israrına rəğmən Katrina Pierson bu təklifin detalları barədə danışmayıb. O, qadağanın hansı ölkələrə tətbiq ediləcəyini də deməyib.

____________________________________________________________

Bunlara da bax:
Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»
Təcili Tibbi Yardımda - [karikatura]

____________________________________________________________

“Cənab Trump öz təklifinin üzərində işləyəcək, hər kəsin xahiş etdiyi kimi bəzi detalları çıxaracaq, ancaq hələ ki, heç bir dəyişiklik olmayıb," xanım Pierson deyib.

Müxbir sözügedən standartların xristian mühacirlərə də aid edilib-edilməyəcəyini soruşsa da, sözçü birbaşa cavabdan yayınıb.

“Əgər siz bu ölkəyə gəlirsinizsə və sizi yoxlamaq imkanı yoxdursa, onda sizin yoxlanmanız mümkün olana qədər içəri buraxılmamalısınız Bu ki çətin məsələ deyil," Pierson deyib.

Xatırladaq ki, Donald Trump ötən ilin dekabrında, Kaliforniyanın San Bernardino şəhərində baş vermiş hücuma cavab olaraq müsəlman mühacirlərə "total və tam qadağa" qoyulmasını təklif etmişdi. Bu ay Florida ştatının Orlando şəhərində törədilmiş qətliamdan sonra o öz təklifini təkrarlayaraq bildirmişdi ki, Birləşmiş Ştatlara qarşı terrorçuluq tarixçəsi olan ölkələrə immiqrasiya qadağası qoyulmalıdır.

Buna da bax: Erdogan Putinə göndərdiyi məktubdan danışdı

Erdogan Putinə göndərdiyi məktubdan danışdı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

XS
SM
MD
LG