Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:25

'Vergi ödəyicilərinin sayı sürətlə şişir...'


Kassa aparatı.
Kassa aparatı.

Bu ilin yanvar-noyabr aylarında ölkədə 127 min 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Təkcə son 3 ayda vergitutma bazasına 50 min 300, noyabrda isə 32 min 575 yeni subyekt daxil olub.

Vergi ödəyicisi sayının sürətli artımı xeyli vaxtdır diqqət çəkir. Hələ ötən ilin əvvəlində 610 minə yaxın vergi ödəyicisi (bir il əvvələ nisbətən 13,4 faiz çox) vardı. Bəs bu artımın yığılan vergi həcminə hansı təsiri var?

Buna da bax:​ Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur

Sahibkarlar daha 700 milyon manat ödəməlidirlər

İlin əvvəlindən Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə 6,3 milyard manata yaxın, o cümlədən noyabrda 588,8 milyon manat vergi və dövlət rüsumu toplanıb. Əvvəlcə nazirliyə 6,6 milyard manatlıq plan qoyulsa da, sonradan devalvasiya nəzərə alınmaqla, bu göstərici 7 milyard manatı aşıb. Başqa sözlə, builki planı ödəmək üçün Vergilər Nazirliyi dekabrda sahibkarlardan 700 milyon manat toplamalıdır.

Neft gəlirlərinin azalması fonunda qeyri-neft sektorundan vergi daxilolmalarının payı artmaqdadır. Hökumət gələn il qeyri-neft sektorundan vergi daxilolmaları həcminin 50 faizi keçəcəyini düşünür.

Buna da bax:​ Mənzil və obyekt satışından vergi yığımı artıb

Ekspert: «Fiziki şəxsdən nə alasan ki, büdcə dolsun?»

“Vergi ödəyiciləri strukturunda fiziki şəxslərin payı üstündür”, - məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosu-na belə deyib. Onun sözlərinə görə, qeydə alınan yeni vergi ödəyicilərinin əksəriyyəti şirkət və istehsal müəssisələri yox, əsasən, ticarət, xidmət və s. yardımçı sahələrdə çalışan fərdi sahibkarlardır və onların vergi ödəmələrində payı cüzidir:

«Kiçik biznes sahiblərinin yanında çalışanlardan, hətta bəzi dövlət şirkətlərində işə qəbul edilən şəxslərdən fərdi VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açmaları tələb olunur. Nəticədə, vergi ödəyicilərinin sayı süni surətdə şişir və təbii ki, onların vergi ödəmələri elə də böyük rəqəmlərlə ifadə edilmir».

Buna da bax:​ Vergilər Nazirliyi nümunəvi vergi ödəyicilərini axtarır

“Hər üç VÖEN sahibindən biri vergi ödəyir”

Vergilər Nazirliyi qeydə alınan vergi ödəyicilərinin sayını açıqlasa da, ləğv olunan ödəyici sayı haqqında məlumat vermir. Dövlət Statistika Komitəsinin statistik vahidlərin (dövlət orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları, dini qurumlar və s.) reyestrinə dair məlumatına görə, bu il oktyabrın əvvəlinə qeydiyyatda olan hüquqi şəxslərin sayı 105 mindən çox, fiziki şəxs statuslu vergi ödəyicilərinin sayı isə 639 min nəfərə yaxın idi. Onların heç də hamısı faktik vergi ödəyicisi deyil. AzadlıqRadiosu bu ilin əvvəlində Vergilər Nazirliyinə istinadən yazmışdı ki, qeydiyyatda olan 677,4 min vergi ödəyicisinin cəmi 39,7 faizi fəaldır. Yerdə qalanlar, VÖEN alsalar da, müxtəlif səbəblərdən fəaliyyət göstərə bilmirlər.

XS
SM
MD
LG