Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanda turizmin təbliği üçün bölgələrdə turist büroları yaradılacaq. Xarici turistlərə "Aleksandr Düma Qafqazda", "Azərbaycanda şərab yolu", "Azərbaycanda alman izləri", "Azərbaycanda polyak izləri" və Naxçıvanda “Nuhun gəmisi” marşrutları təklif ediləcək.

Yeni “Böyük İpək Yolu” adlı mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdirilib inkişaf etdiriləcək.

Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni, tarixi görməli yerləri, milli parkları müəyyənləşdiriləcək, gündəlik-həftəlik (bir gündən beş-yeddi günədək) avtomobil və piyada marşrutlarının proqramları hazırlanacaq.

Buna da bax:​ Elektron vizaların verilməsinə başlanır

Ölkədə uçuş sayının artırılması, özəlliklə qısaməsafəli məntəqələrə təyyarə biletlərinin ucuzlaşdırılması, azbüdcəli (“lou-kost”) hava nəqliyyatı şirkətlərinin fəaliyyətinə imkan yaradılması planlaşdırılır.

Novruz şənlikləri zamanı ayrıca tur-paketlər hazırlanacaq, müxtəlif festivallar təşkil olunacaq.

Turistlərin universitet yataqxanalarından da yararlanması nəzərdə tutulur.

Bütün bunlar Azərbaycan hökumətinin turizmin inkişafı üçün Yol Xəritəsində əksini tapıb. Hökumətin fikrincə, bu sahələrə 100 milyon manatdan çox investisiya qoyulsa, ÜDM-də, azı, 250 milyon manat artım əldə oluna bilər. Turizm sektorunda 10 mindən çox iş yerinin açılması da hökumətin gözləntilərindən biridir.

Buna da bax: Turizmin də strateji xəritəsi açıqlandı

“Bu yol xəritəsi kiçik və orta sahibkarlığı inkişaf etdirəcək”

“Yol xəritəsi turizmdə uğur qazanmış ölkələrin təcrübəsinə uyğun hazırlanıb”, - sənədin hazırlanmasına təkliflərini verən və bu xəritəni müsbət qiymətləndirən Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyin rəhbəri, turizm məsələləri üzrə ekspert Ruslan Quliyev belə deyir. Onun sözlərinə görə, Bakı və onun ətrafında turizm potensialı tam göstərilə biləcək, milli səviyyədə turizm zonaları yaradılacaq: “Ölkə üzrə turizmin inkişafına əlverişli mühit yaradılacaq, bu da kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək”.

Ruslan Quliyev: 'Yataqxanaların turizm üçün açılması isə azbüdcəli turistlərin işinə yarıyacaq'
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

Ruslan Quliyevin fikrincə, turist büroları ölkənin turizm potensialını geniş təbliğ edə biləcək və ölkəyə turist axınını artıracaq. Yataqxanaların turistlərə açılması isə azbüdcəli insanların işinə yarıyacaq: “Özəlliklə avropalılarda az büdcəylə çox yer gəzmə ənənəsi formalaşır. Yataqxanalar, qonaq evləri yataq tutumunu da (adambaşı çarpayı sayı nəzərdə tutulur - red) artıracaq. Indi Azərbaycanda 35-40 min çarpayı var ki, bu da çox azdır və yay mövsümündə ölkəyə hər gün 50-60 min turist gəlsə, 10-15 mini gecələməyə yer tapmaz. Bu baxımdan, yataqxanalar, qonaq evləri hostel ehtiyacını ödəməyə kömək edəcək”.

Buna da bax:​ 'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır' [video]

“Normal kafelər yoxdur”

Ölkədaxili turizmlə məşğul olan, yerli və xarici turistlərə özəl marşrutlar təklif edən Rəşad Mustafazadə deyir ki, turist bürolarının təbliğati fəaliyyəti milli turizm şirkətlərinin işinə yarıyacaq, onların müstəriləri çoxalacaq, ancaq bu bürolar hm də tur-paket satması həmin sektorda çalışanlara zərər verəcək: “Adicə lisenziya ləğvindən sonra gördük ki, addımbaşı turizm şirkətləri açdılar. Onların arasında müştərini məmnun etməyən, qeyri-peşəkar çalışan da var. Tur-paketlər yalnız dövlət xəttiylə satılsa, onlara daha çox güvənəcəklər. Məncə, büro yaradılsa da, yalnız təbliğat aparıb müraciət edənləri peşəkar turizm şirkətlərinə yönəltməlidir”.

Rəşad Mustafazadə bölgələrdə standartlara uyğun kafe və hostellərin çatışmazılığını əsas çətinlik sayır və ümid edir ki, bu sahədəki problemlər aradan qaldırılacaq.

Buna da bax: 'Turistlərin ölkəyə gətirdiyi valyuta bir hərraca da yetməz'

Rəşad Mustafazadə: 'Əgər turist büroları turpaketlər satsa, bu, sektorda çalışanlara zərər verəcək'
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00
Direct-ə keçid

AZAL-ın iki azbüdcəli aviaşirkəti bir-biriylə necə rəqabət aparacaq?

İndiyədək Azərbaycanda azbüdcəli aviaşirkətlərin yoxluğu tənqid hədəflərindən biri olub. Ölkənin hava məkanından yalnız Macarıstanın azbüdcəli “Wizz air” şirkəti yararlanır. Qəbələyə uçan “Pegasus” isə reyslərin gəlir gətirmədiyini əsas gətirərək uçuşlarını dayandırıb. Azbüdcəli uçuşlara maraq “AZAL” - Azərbaycan Hava Yolları Şirkətini “AZAL Jet” yaratmağa vadar edib. İndi “BUTA” aviaşirkəti də yaradılır. “AZAL”ın mətbuat xidmətindən AzadlıqRadiosu-na bildiriblər ki, “BUTA” turizmlə bağlı Yol Xəritəsi çərçivəsində yaradılır. Bəs "Buta"nın “AZAL Jet”dən nə fərqi olacaq? Mətbuat xidməti öz açıqlamasında həmin sualı belə cavablandırıb: ““AzalJet” aşağı büdcəli brenddir. “Buta Airways”sə öz işçi ştatı, təyyarə parkı və tarif siyasəti olan ayrıca aviaşirkət olacaq. Bənzər təcrübələri bir çox aviaşirkətlərdə müşahidə etmək olar. Məsələn, “AnadoluJet” “Turkish Airlines”ın törəmə müəssisəsidir, “FlyDubai” və “Emirates” aviaşirkətlərinin ümumi təsisçisi var. Rusiyanın “Pobeda” azbüdcəli şirkəti isə “Aeroflot”un tam törəmə müəssisəsidir”.

Buna da bax:​ Bakı da dünyada məşhur turist şəhərləri siyahısında

“Azərbaycan turist cəlb etmək üçün...”

“AZAL” həm “BUTA”, həm də “AZAL Jet” yaradırsa, onlar bir-biriylə necə rəqabət aparacaq və qiymətlər necə tənzimlənəcək? İqtisadçı Natiq Cəfərli həmin suallara diqqət çəkir. Onun sözlərinə görə, “AnadoluJet” “Turkish Airlines”a məxsus olsa da, qonşu ölkədə sırf azbüdcəli uçuşlar üzrə bir neçə şirkət var ki, “AnadoluJet” məhz onlarla rəqabət aparır: “İndi bir şirkətin iki törəməsi bir-biriylə necə rəqabət aparacaq? Bundansa Azərbaycan hava məkanını əlverişli şərtlərlə azbüdcəli şirkətlərə açmaq lazımdır. Düzdür, Azərbaycana azbüdcəli “Wizz air” uçur, ancaq hava limanında xidmətlərə və təhlükəsizlik məsələlərinə görə ondan elə məbləğdə xidməthaqqı alınır ki, bu hava yolları Avropa ölkələri ilə müqayisədə Bakıya daha baha uçmağa məcbur qalır”. Natiq Cəfərli deyir ki, nəqliyyatın, özəlliklə hava nəqliyyatının əlverişli qiymətləri turizmin inkişafına təsir edir.

Yol xəritəsini təhlil edən iqtisadçı bu qənaətə gəlir ki, dövlət yenə “ən böyük oyunçudur”. Ekspertin sözlərinə görə, dövlət turizm sektorunun inkişafını özəl sektorun çiyninə qoymur, yükü daha çox öz üzərinə götürür. Halbuki dövlət bu sahədə yalnız güzəştli, həvəsləndirici vergi və gömrük sistemi, o cümlədən, əlverişli kredit siyasəti ilə iştirak etməlidir.

Buna da bax:​ AZAL biletləri bahalandırmağı düşünmür

Natiq Cəfərli: 'Azərbaycan hava məkanını əlverişli şərtlərlə azbüdcəli şirkətlərə açmaq lazımdır'
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

Natiq Cəfərli ona da diqqət çəkir ki, bu sektorun inkişafına qoyulan investisiya ilə müqayisədə proqnozlaşdırılan gəlir elə də böyük deyil. O bu sektorun inkişafını hökumətin tamamilə özəl mülkiyyətə həvalə etməsini daha doğru yol sayır.

XS
SM
MD
LG