Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

A.Şahverdiyev: 'Fikirlərimi düzgün ifadə etməmişəm'


Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

Milli Məclisin deputatı Astan Şahverdiyev modern.az saytına verdiyi açıqlamada ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüfləndiyini bildirib.

Buna da bax-Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

A.Şahverdiyevin deməsinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb:

«Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə AzadlıqRadiosundan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam. Amma bir tərəfdən də etiraf etmək lazımdır ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq».

A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb:

«Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. İndi mənim ünvanıma yazırlar ki, «Astan Şahverdiyev Azərbaycan üçün nə edib?». Demək istəyirəm ki, mən elmi sahədə Azərbaycanı bütün Avropaya tanıtmışam».

Buna da bax-Keçmiş səfir: 'İlqar Məmmədov nə qədər haqlı idi...'

Deputat xalq artisti Faiq Ağayevin onu ana dilini bilməməkdə günahlandırmasına da cavab verib: «Mən müxbirə dedim ki, «yarıy» (ярый) sözünün mənasını tapa bilmirəm. Amma bu o demək deyil ki, mən ana dilimi bilmirəm. Mən sərbəst şəkildə rus dilində, ingilis dilində də danışıram. Ana dilimdə hamıdan yaxşı danışıram».

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

XS
SM
MD
LG