Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Kassa aparatın yoxsa, cəzaya hazır ol


Kassa
Kassa

Vergi Məcəlləsinə dəyişikliklər, gələn ildən başlayaraq, biznesin, demək olar, bütün sahələrində nəzarət-kassa aparatından (NKA) istifadə etmək tələbini qoyur. Əks halda, iş adamlarını ağır maliyyə sanksiyaları gözləyir.

BEŞ SEKTORDA KASSA TƏLƏBİ YOXDUR

Yanvarın 1-dən yalnız bu sahələrdə NKA-sız nağd pul hesablaşmalarına icazə veriləcək:

Buna da bax-Pinəçi: 'Yəqin, yuxarıdakılar işimizin çoxaldığını eşidiblər'

- Qəzet və jurnalların satışında (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çoxdursa);

- Kənd təsərrüfatı məhsullarının bazar və yarmarkalarda, eləcə də səyyar satışında;

- Səyyar satışda, bazarlarda və digər kütləvi alış-veriş yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış zamanı;

- Qiymətli kağız və lotereya biletlərinin satışında

- Elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektləri üçün də NKA tələb olunmayacaq.

KİMLƏR NKA QURAŞDIRMALIDIR?

Hazırda, yuxarıda qeyd olunanlardan başqa 30-dək biznes sahəsi, o cümlədən qiymətli kağız və lotereya biletlərinin satışı, mərc oyunları, dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşınması, şüşə qab və metal tullantılarının qəbulu, reklam xidməti və s. nağd pul qəbulunu nəzərdə tutan fəaliyyət növləri arasında deyil.

Buna da bax-Son vergi dəyişiklikləri və rüsumları nəyi dəyişib?

Gələn ildən mehmanxanalar, bədən tərbiyəsi və idman obyektləri, səhiyyə müəssisələri, lombardlar, yaşayış və qeyri-yaşayış obyektlərini kirayəyə verənlər NKA quraşdırmalı olacaqlar. İndiyədək bu sektorlarda çalışan sahibkarlar müştərilərdən nağd pul alarkən, onlara ciddi hesabat blankı təqdim edirdilər.

NAĞD ƏMƏLİYYAT APARILMASI QAYDALARINI POZANLARA AĞIR CƏRİMƏLƏR

Məcəlləyə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların aparılmasına görə yeni sanksiyalar əlavə olunub. Vergi orqanı belə halı üzə çıxarsa, birinci dəfə -aparılan əməliyyatın ümumi məbləğinin 10 faizi, ikinci dəfə - 20 faizi, üçüncü və sonrakı hallarda - 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edəcək.

Vergilər Nazirliyi NKA quraşdırılan obyektlər və onların ümumi sayı barədə statistik məlumat açıqlamır.

Kassa aparatının satış qiyməti 60 manatdan başlanır.

XS
SM
MD
LG