Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

İranlı bankir ABŞ-da saxlandı, Maltada işdən çıxarıldı


Maltada Pilatus Bank-ın yerləşdiyi Whitehall Mansions
Maltada Pilatus Bank-ın yerləşdiyi Whitehall Mansions

Maltada maliyyə qurumlarının işini tənzimləyən orqan İran bankının sədrini işdən çıxarıb. Bundan öncə o, ABŞ-ın İrana sanksiyalarından yayınmaqda təqsirli bilinərək Birləşmiş Ştatlarda saxlanıb.

Ötən il öz avtomobilində partladılaraq öldürülmüş jurnalist Daphne Caruana Galizia bu bankla bağlı araşdırma aparırdı.

115 MİLYON DOLLAR

Malta Maliyyə Xidmətlərinə Nəzarət qurumu martın 21-də yaydığı bəyanatda bildirib ki, 38 yaşlı Ali Sadr Hashemi Nejad-ın Pilatus Bank-ın direktorluğundan çıxarılması və səhmdar kimi səsvermə hüququnun alınmasına qərar verib.

*** Buna da bax: Maltalı jurnalistə Əliyevlər ailəsiylə bağlı informasiya ötürən polisə təslim olub

Martın 19-da ABŞ-da Menhetten məhkəməsi Sadra ittihamlar irəli sürüb. Onun “Venesuelanın 500 milyon dollara yaxın tikinti kontraktı çərçivəsində 115 milyon dollardan artıq vəsaiti ABŞ-ın bank sistemiylə transfer edərək iranlılara fayda verdiyi” iddia olunur.

Prokuror Geoffrey Berman deyib ki, Sadr “İranın Venesuelada biznes sövdələşmələrini ört-basdır etməkdən və ABŞ sanksiyalarından yayınmaqdan ötrü saxta şirkətlər və xarici bank hesabları şəbəkəsi yaradıb”.

Caruana Galizia-nın oğulları – Matthew, Andrew və Paul martın 21-də deyiblər ki, Sadr-ın martın 19-da Birləşmiş Ştatlara səfər zamanı saxlanması onun cəzasız qalaraq işini davam etməsinə son qoydu, analarının gördüyü işi sübuta yetirmiş oldu.

Caruana Galizia-nın avtomovili ötən oktyabrda partladılıb.

Pilatus Bank jurnalistin yazılarına görə ona qarşı defamasiya iddiası qaldırmışdı. O, Sadrı və bankı korrupsiya fəaliyyətini asanlaşdırmaqda, çirkli pulyumada ittiham edirdi. Bank onun yazdıqlarını “yalan” adlandırırdı.

DƏHŞƏTLİ BƏDƏL

Oğullarının deməsinə görə, Maltanın Sadra qarşı atdığı addımlar “anamızın gördüyü işin sübutudur, amma buna görə dəhşətli bədəl ödəndi”.

*** Buna da bax: Pulla AB vətəndaşlığı almağın da “zibili çıxır”

Malta hakimiyyəti aylarla Ali Sadr Hashemi Nejad-dan hesab sora bilmədi, bunu anamız təkbaşına etməli oldu. Hashemi Nejad anamızı amansızcasına təhdid edirdi”, – üç qardaş bildirir.

Bir gün öncə həmin bankın rusiyalı əməkdaşı, Caruana Galizia-nın Maltanın yüksək dairələrində iddia olunan korrupsiyanı faş eləməsinə kömək etmiş Maria Yefimova Yunanıstan polisinə təslim olub, həyatı üçün qorxduğunu deyib.

Sadra qarşı ittihamnamədə deyilir ki, onun ailəsi Stratus Group adlı konqlomerata nəzarət edib. Bu şirkət beynəlxalq biznes əməliyyatları aparıb, Venesuelada minlərlə yaşayış binasını tikməklə bağlı layihəyə rəhbərlik edib.

İranla Venesuela 2004-2005-ci illərdə tikinti razılaşmaları əldə ediblər.

Prokurorlar Sadrın layihənin icrasına nəzarət edən komitəyə üzv olduğunu bildirirlər.

İttihamnaməyə görə, Sadr ABŞ-ın iqtisadi sanksiyalarından yayınmaqdan ötrü bu ölkənin bank sistemindən keçən ödənişlərdə İran tərəfinin rolunu gizlədib.

XS
SM
MD
LG