Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Eldar Həsənov tutulub


Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov saxlanıb.

Bu barədə bu gün, avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX)məlumat yayıb.

Məlumatda yazılıb ki, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə bəzi həbslər həyata keçirilib.

“İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib”,məlumatda yazılıb.

DTX bildirir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib:

“Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur”,DTX qeyd edir.

XİN-də bir sıra idarə rəislərinin burada qeyd edilən həbsləri bu ilin iyulunda həyata keçirimişdi.

İttihamlara, hələlik, nə Eldar Həsənovun, nə də sözü gedən şəxslərin münasibətini almaq mümkün olub.

Eldar Həsənov kimdir…

Eldar Həsənov 7 il öncə, 2013- cü ildə Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri təyin edilmişdi.

Bundan əvvəl də 12 il Azərbaycanın Ruminiyada səfiri olmuşdu.

Səfirlik fəaliyyətindən öncə isə O, Respublika Prokurorluğuna rəhbərlik edib.1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə kimi Azərbaycan Respublikasında Baş Prokuror vəzifəsində çalışıb.

XS
SM
MD
LG