Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:54

'Ədalət tərəzisi işləmir'


'Onlar Ramiz Mehdiyevi çox ciddi fiqur sayırlar"
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

'Onlar Ramiz Mehdiyevi çox ciddi fiqur sayırlar"

Azərbaycan Prezidentinin Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinə karantin vaxtı toy mərasimi keçirilməsi ona yönəlik müxtəlif qınaqlara səbəb olub.

Ölkədə xüsusilə, hakimiyyətə yaxınlığı ilə seçilən bir çox şəxslər, deputatlar, siyasətçilər onu kəskin tənqid ediblər.

R.Mehdiyev isə bu günlər növbəti açıqlama yayaraq ünvanına olan tənqidləri əsassız sayaraq, qarşı tərəfə məhkəmə hüququnu xatırladıb.

R.Mehdiyev vurğulayıb ki, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəfini, ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda , KİV-lərdə yaymaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir: "Bu baxımdan, bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram".

X.Ağəliyev
X.Ağəliyev

"AİHM-in təcrübəsi isə tələb edir ki,..."

Media hüququ üzrə ekspert Xalid Ağəliyev mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, Azərbaycan qanunvericiliyi böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutur:

"Amma Azərbaycan həm də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hüquqi məkanı altında olan ölkədir. AİHM-in təcrübəsi isə tələb edir ki, belə məsələlərdə cinayət məsuliyyəti tətbiq olunmasın. Odur ki, Azərbaycan məhkəmələri belə tələblər olduqda AİHM təcrübəsinə istinadən onu rədd edə bilərlər".

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli isə deyib ki, R.Mehdiyevin məhkəməyə müraciət etmək haqqı var, amma bu, inandırıcı deyil, çünki ətrafındakı hadisələrin qızışmasında maraqlı görünmür:

"... Ədalətli baxılacağı sual altındadır"

"Amma belə bir hal olarsa, bu, artıq siyasi hadisə olacaq, çünki ittihamlar siyasidir. Bəzən təhqir, böhtan qeyri-dəqiq məlumatlar yer alsa da, ona qarşı bu çıxışları səsləndirənlər, əsasən, ölkənin ictimai-siyasi xadimləridir, hökumət və iqtidar düşərgəsində olan şəxslərdir".

A.Məmmədli
A.Məmmədli

A.Məmmədli hesab edir ki, indiki halda məhkəmə sistemində R.Mehdiyev üçün müsbət perspektiv görünmür:

"O mənada ki, Ramiz Mehdiyev özü də bilir ki, bu, birinci şəxsin iradəsinə bağlıdır. Siyasi qərarlar birinci şəxs tərəfindən verilir. Məhkəmədə nə dərəcədə yüksək səviyyədə təmsil olunsa da, ədalətli baxılacağı sual altındadır".

"Ədalət tərəzisi işləmir"

Onun vurğulamasına görə, Azərbaycan məhkəmələrindəki vəziyyətin necəliyi hamıya aydındır, orada ədalət tərəzisi işləmir, çıxarılan qərarlar, verilən cəzalar çox hallarda gerçəyə adekvat olmur: "Ölkə vətəndaşları hüquqlarını bərpa edə bilmək üçün Avropa İnsan Haqları Məhkəməsinə üz tuturlar".

Bu fikrilərə, hələlik, Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan haqları komitəsinin üzvü, deputat Razi Nurulla hesab edir ki, R.Mehdiyevin məhkəmə sistemiylə üzləşə bilməsi pis olmazdı.

R.Nurulla
R.Nurulla

"Mövcud siyasi sistemi quranlardan biri də Ramiz Mehdiyevdir"

"O mənada ki, mövcud siyasi sistemi quranlardan biri də Ramiz Mehdiyevdir. Onun üçün də yaratdığı məhkəmə sisteminin hansı format və tərzdə işləməsini özü də görsün. Bunun Azərbaycan xalqının gözləntilərinə, rifahına, müstəqilliyinə, nə qədər xidmət etdiyinə özü şahid olsun", - R.Nurullayev "Turan" agentliyinə bildirib.

Deputat deyib ki, bu sahədə görülən işlər tam yetərli deyil: "Qanunvericiliyə müəyyən dəyişikliklər edilib. Amma o dəyişikliklər birbaşa insanların həyatında hansı rol oynayır, deməyə çətinlik çəkirəm. Məhkəmələrin tam azad olunmasına gəlincə, bunu söyləmək sadəlövhlük olardı. Məhkəmələrin yeni binaları var, amma onların azad olduğunu, burada ədalət tərəzisinin hər şeyi həll etdiyini deyə bilmirik. Bu birmənalıdır. Amma bu vəziyyət mütləq şəkildə və tez dəyişdirilməlidir".

Xatırlatma

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyevin qızının toyu olduğu bildirilir. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Koronavirus pandemiyası ilə bağlı mart ayından Azərbaycanda toylara icazə verilmir. Həmin məclisdə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri S.Novruzov və onun xanımı, Ombudsman S.Əliyevanın da iştirak etdiyi bildirilir. YAP buna görə S.Novruzova töhmət verib.

Ramiz Mehdiyevin kürəkəni həbs edilib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Eyni zamanda, həm onun, həm xanımının, həm də toyda iştirak etdikləri bildirilən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun, keçmiş rabitə və yüksək texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasovun və daha başqa şəxslərin xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat cərimə olunduqları açıqlanıb.

Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyev və onun qudası R.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Onlar məhkəməyə əlləri qandallı şəkildə gətirilib.

Avqustun 23-də isə deputat S.Novruzov Facebook səhifəsində bunları yazmışdı: "Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən "Cənab Prezidentdən icazəsini almışam" deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir".

Həmin toy məsələsindən sonra hakimiyyətə yaxın KİV-lərdə və sosial şəbəkələrdə R.Mehdiyev əleyhinə çoxsaylı yazılar, reportajlar yer alıb.

R.Mehdiyev "beşinci kolon"un rəhbəri və islahatlara mane olmaqda günahlandırılıb. AMEA prezidenti R.Mehdiyev də, öz növbəsində, açıqlamalar yayaraq belə fikirləri təkzib edib.

XS
SM
MD
LG