Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:49

Daha bir vaksinin təsdiqlənməsinə baxılacaq


İllüstrativ foto
İllüstrativ foto

İndiyədək dünya üzrə 115 milyon doza vaksin paylanıb, ancaq onların böyük əksəriyyəti zəngin ölkələrə gedib

“Johnson & Johnson” farmaseptik şirkəti ABŞ-dakı orqanlardan COVID-19-a qarşı hazırladığı vaksinin təcili istifadəyə təsdiqlənməsini istəyib. Təsdiqlənərsə, bu, Birləşmiş Ştatlarda istifadəyə veriləcək üçüncü vaksin olacaq, ölkədə vaksinasiya proqramının genişlənməsinə imkan verəcək.

Bu vaksinin üstünlüklər var. Pfizer/BioNTech və Moderna vaksinlərindən fərqli olaraq ikinci doza tələb olunmur, dondurulmuş vəziyyətdə daşınmasına da ehtiyac yoxdur.

Şirkət bildirir ki, vaksin qlobal sınaqlarda orta və ağır yoluxmaların qarşısının alınmasında 66 faizlik effekt göstərib.

Yoxsul ölkələr üçün 500 milyon doza

İndi tənzimləyici orqan datanı təhlil etməlidir. ABŞ Ərzaq və Dərman Administrasiyasının məşvərət komitəsi müraciətə fevralın 26-da baxacaq.

“Johnson & Johnson” bir neçə həftəyə Avropa qurumlarına da müraciət edəcək.

Vaksin COVID-19-un daha yoluxucu variantlarına qarşı da sınaqdan keçirilib, ancaq bu zaman daha az effekt göstərib.

Bu arada Qırmızı Xaç komitəsi yoxsul ölkələr üçün 500 milyon doza vaksin ayırmaq kampaniyasına başlayıb.

İndiyədək dünya üzrə 115 milyon doza vaksin paylanıb, ancaq onların böyük əksəriyyəti zəngin ölkələrə gedib.

Koronavirusa dünya üzrə 104 milyondan çox yoluxma təsdiqlənib, 2.2 milyon nəfər vəfat edib.

Ekspertlərin fikrincə, vaksin bütün dünyanı əhatələyirsə virusu nəzarətə ala bilər. Əks halda, insanlar karantin, səyahət qadağaları, bağlı bizneslər şəraitində yaşamalı olacaqlar.

“Buna dözmərik”

Ancaq hazırda dünyada yoluxmalar səngidiyindən bəzi ölkələr qadağaları yumşaldırlar.

“Bütün qışı sərt karantində qala bilmərik. Cəmiyyət olaraq buna dözmərik”, – Almaniyanın Səhiyyə naziri Jens Spahn yerli mediaya deyib.

Dünya Səhiyyə Təşkilatı isə qadağaların yumşaldılması ilə bağlı xəbərdarlıq edib.

İsraildə fevralın 5-dək olan karantini daha iki gün uzadıb. Hökumət açıqlamanı karantinin bitməsinə bir neçə saat verib. Şəhərlər daxili və arası səyahət, digər məhdudiyyətlər fevralın 7-də səhər 7-də qaldırılmalıdır.

İsraildə karantin və vaksinasiya virusdan ölümləri və ağır yoluxmaları qismən azaldıb ki, bu da daha yoluxucu variantların yayılması ilə izah olunur.

XS
SM
MD
LG